Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Siyasət / Elmira Axundova Misir Qasımlının həbsindən danışdı: “Axırı yaxşı olacaq…”

Elmira Axundova Misir Qasımlının həbsindən danışdı: “Axırı yaxşı olacaq…”

Xəbər verdiyimiz kimi, Ukrayna məhkəməsinin çıxardığı hökmə görə, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyev 8 il azadlıqdan məhrum edilib.

Uzun müddətdir çəkən prosesin belə nəticələnməsi ciddi müzakirə yaradıb. Vətəndaşlarımızın həbsində erməni amilinin olduğu, Azərbaycanın Ukraynadakı səfirliyinin isə məsələyə laqeyd yanaşdığı iddia edilir. Prosesin belə yekunlaşmasına görə səfir Elmira Axundova da tənqid olunur.

Pravda.az-ın əməkdaşı səslənən iddialara görə Elmira Axundovanın mövqeyini öyrənməyə çalışıb.

Xanım səfir bildirib ki, Misir Qasımlının məsələsi ilə bağlı səfirlik nə lazımdırsa edib:

“Axırı yaxşı olacaq. Səfirlik yenə də nə lazımdırsa, edəcək. Amma məhkəmə işlərinə biz qarışa bilmirik…”

E.Axundova Misir Qasımlı və Sübhan Quliyevin həbsində erməni amilinin olub-olmaması sualını isə belə cavablandırıb: “Bu sual Xarici İşlər Nazirliyinə, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayevə ünvanlasa, daha münasib olar…”

Həmçinin oxuyun

AMEA prezidenti İranı yıxdı-sürüdü: “Əvvəlcə qadınları…”

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə …