Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / Elgiz Əkbər: “Ailəmin efirdə nə işi var?”

Elgiz Əkbər: “Ailəmin efirdə nə işi var?”

“Özün valideyn olanda həyatın dəyişir. Uşaqla bağlı sosial şəbəkədə nəsə görəndə ağlayıram. Çünki özüm də atayam. Əvvəl subay idim, belə olmurdum. Qızım Lalə həkim olmaq istəyir. Mənim təzyiqim çox yüksəkdir. Hərdən halım pisləşir, həkim çağırırlar. Onu görür və pis olur”.

Bu sözləri aparıcı Elgiz Əkbər “MTV maqazin” proqramında deyib. Aparıcı ailəsini efirdə göstərməyə qarşı olduğunu söyləyib:

“Ailənin televiziyada nə işi var? Yaxşı olmayan hal kimi dəyərləndirənləri başa düşmürəm. Mən aparıcıyam, efirə çıxıram, ailəmin nə işi var? Nə qazanacağam onları efirdə göstərəndə?”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …