Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Eldar Sabiroğlunun “Qiyamçı” oğlundan yeni xəbər var – Vəkildən açıqlama

Eldar Sabiroğlunun “Qiyamçı” oğlundan yeni xəbər var – Vəkildən açıqlama

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdən apellyasiya şikayəti verilib.

Bu barərə vəkil Bəhruz Bayramov məlumat verib.

O bildirib ki, məhkəmənin hökmünü hələ almadığı üçün bu gün Apellyasiya Məhkəməsinə ilkin şikayət verib: “Hökmü aldıqdan sonra isə şikayəti tam şəkildə çatdıracağıq”(APA). 

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində 9 illik həbs cəzası çıxarılıb.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın