Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric olunub

Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric olunub

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq  prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Musavat.com xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun rəsmi saytında məlumat yer alıb.
 
Həmin məlumata görə,  icra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.
Qeyd edək ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur. Rəsmi məlumatdan öncə, qeyri-i. günü olmasına baxmayaraq, Rüfət Səfərov qəfil bəyanat verərək, vəzifəsindən istefa verdiyini, mövcud hakimiyyətə qarşı müxalifətə keçdiyini bəyan etmişdi. Onun bu addımı siyasətçi atası Eldar Sabiroğlunu qəzəbləndirmişdi.
Qeyd edək ki, E. Sabiroğlu YAP qurucularından olub, sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxsdir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın