Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudovun qaldığı yer bilindi –Sabiq nazir ciddi nəzarət altındadır

Eldar Mahmudovun qaldığı yer bilindi –Sabiq nazir ciddi nəzarət altındadır

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda Bakının Nardaran qəsəbəsində qalır.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şefi özünün Nardarandakı bağ evində həyat yoldaşı ilə birlikdə yaşayır.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Eldar Mahmudovun Nardarandakı villasını xüsusi xidmət orqanlarının əməkdaşları ciddi nəzarət altında saxlayırlar.
Belə ki, keçmiş MTN generalının qaldığı villanın ətrafı, girişi-çıxışı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən 24 saat ərzində tam nəzarət altına alınıb.
Eldar Mahmudovun yaşadığı evdən girib-çıxması, hər bir hərəkəti ciddi şəkildə izlənilir.
Keçmiş nazirin bəzi günlərdə nəzarət altında şəhərə çıxdığı və bəzi şəxslərlə görüşdüyü də bildirilir.
Xatırladaq ki, ötən il oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalamışdı.
Həmin sərəncamdan sonra keçirilən əməliyyat nəticəsində MTN-də fəaliyyət göstərən quldur dəstəsi saxlanıldı. Dəstə üzvlərindən bəzilərinin cinayət əməlləri üzrə aparılan istintaq işi yekunlaşdırğından artıq məhkəmə qarşısına çıxarılanlar da var.
Məsələn, Sabunçu Rayon Məhkəməsində MTN-in başkəsən generallarından biri, Eldar Mahmudovun “vuran əli” Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və işçiləri – Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi araşdırılır.
Hazırda Eldar Mahmudovun quldur dəstəsindən olan 18 nəfər keçmiş MTN-çi həbsdə saxlanılır (1 nəfər isə özünü təcridxana asaraq intihar edibıb). Daha 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. (Modern.az)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın