Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Eldar Mahmudovun lombard biznesinin 4 min girovu… – ŞİKAYƏT VAR

Eldar Mahmudovun lombard biznesinin 4 min girovu… – ŞİKAYƏT VAR

Moderator.az-a üz tutmuş Rauf Məmmədov adlı şikayətçinin iddiaları əsasında aşağıdakı materialı oxuculara təqdim edir:

Ötən ilin oktyabr ayının 17-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov prezident sərəncamı ilə işdən azad edilsə də onun haqqında ciddi tədbir görülməməsi və bu günədək həbs qətimkan tədbirinin seçilməməsi sadə insanların qəlbində bir sıra şübhələrə yol açıb. Rüşvətə, korrupsiyaya, işgəncələrə yol açan, ən nəhayət sahibkarlığın inkişafını iflic edən bu şəxs layiq olduğu cəzanı almayanadək təbii ki, şübhələr də bitib – tükənmir.

Bakı şəhər sakini Rauf Məmmədovun şübhələri də elə bu üzdən günbəgün artmaqdadır. Bu şəxs bütün KİV-lərə müraciətində bildirir ki, Eldar Mahmudovun himayəsində olan və onun kirli pullarını dövr etdirərək yuyulmasını və artmasını təmin edən “Yetər” lombardı indi daha ağır sanksiyalar işə salıb, 4 mindən artıq insanı zəlil gününə qoyub. Özü də elə bir sistem qurulub ki, götürülən məbləğ tam ödənilsə də bu lombarddan heç kim yaxa qurtara bilmir. Açıq-aydın və heç kimdən çəkinib qorxmadan paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, Hüseynbala Əliyev küçəsində yerləşən “Yetər” lombardı hələ də Eldar Mahmudovun korrupsiya ilə qazandığı kirli pullarını dövr etdirir və əldə etdiyi gəlir günbəgün çoxalır. Bu lombard xidməti Bakının mərkəzində, bütün səlahiyyətlilərin gözü qarşısında at oynadır, iqtisadi krizis dövründə qaz vurub qazan doldurur. Sonuncu qızıl sikkəsini belə girov qoyanlara elə faizlər yüklənir ki, bunun altından çıxmaq sadəcə mümkün deyil.

Artıq bu barədə dəfələrlə mətbuatda yazılmasına baxmayaraq hələ ki, nəticə yoxdur və nəticə olmadıqca lombardın sahibi daha da qəddarlaşır, çox qazanmaq, insanları dövlətdən narazı salmaq üçün kifayət qədər müştərilərinə ağır faizlər tətbiq edir.

Rauf Məmmədov israrla deyir ki, “Yetər” lombardının arxasında keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov durur. Bu lombard məhz onun himayədarlığı ilə yaranıb, xidmətini qısa zamnda genişləndirib və ehtiyacı olanların saxta və qanunsuz yolla qızıllarını əllərindən alıb, onları çıxılmaz vəziyyətə salıb. Yazılanlara reaksiya verilmədikcə açıq-aydın görünür ki, bu gün də həmin lombard Eldar Mahmudovun himayəsindədir. Lombardın sahibi Sevinc Abbasovanın topladığı milyonların isə nə vaxtsa dövlətə qarşı cevrilcəyini nədənsə düşünən yoxdur.

Rauf Məmmədov bu gün lomardın əlavə faizləri ilə razılaşmayanlar haqqında da məlumat verir. Bildirir ki, girov qoyulub götürülən pul tam ödənilsə belə lombardın sahibi Sevinc Abbasova müştərilərin yaxasını buraxmaq fikirində deyil və devalvasiyanı bəhanə edərək faizləri artırıb, müştərilərini asılı vəziyyətə gətirib. Lombardın müştərilərindən Minarə İbayevanın 2.500, Tərlan İsmayılovun 2.000, Elmira Mirzəyevanın 700, Qüdrət Quliyevin 600 manat borcu olduğunu deyərək girovlarını qaytarmayıb, bu pulun mütləq ödənilməsini tələb edib. Nərmin Məmmədzadə də eyni problemlə üzləşən müştərilərdəndir. İddiaçı tərəf isə bu addımı girovların satılması və mənimsənilməsi ilə izah edir.

Buradan aydın görünür ki, fəaliyyət göstərmələri üçün heç bir qanun olmayan lombardlar sadəcə qəddar sələmçilərdir və müəyyən qurumlara görüm baxım etməklə əhalinin qanını sormaqda davam ediblər. Təbii ki, sıradan adi vətəndaş bu işlə məşğul ola bilməz. “Yetər” lombard xidmətinin sahibi Sevinc Abbasova da sadə vətəndaş olmayıb və Eldar Mahmudova arxalanaraq nazir olduğu uzun illərdə fəaliyyətini genişləndirib, külli miqdarda vəsaitə yiyələnib. İndi isə qazandıqları hesabına daha geniş əl-qol açıb…

Şikayətçi israrla bir daha dövlət qurumlarının nəzərinə çatdırmaq istəyir ki, onları bu bəladan qurtarsınlar. “Təkzibedilməz faktlarım var ki, Sevinc Abbasova yaxın zamanlara qədər kimi keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olub, ona sığınıb”.
Elə təəccüb və maraq, eyni zamanda dəhşət doğuran da budur. Kifayət qədər adı korrupsiya və rüşvətdə hallanan keçmiş nazirin əməlləri barədə niyə tədbir görülmür?

Bu işi bilən insanlar da deyir ki, lombarda pul yatırmaq əslində böyük gəlirlər deməkdir. Zərgərliklə məşğul olan və hələlik adının gizli saxlanılmasını istəyən bir neçə şəxs də bildirib ki, hazırda Sevinc Abbasovanın lombardında təkcə faizlərdən aylıq qazancı 35-40 min manatdır. Müştəri axını isə davam etməkdədir. Deməli, müştərinin artması gəlirin də artmasına yol açır və bu lombard maliyyə baxımından güclənməkdə davam edir. Eldar Mahmudovun lombardının güclənməsi isə əslində bu gün heç lazım deyil və təhlükədən başqa bir şey deyil. 4 min adamın buradan asılılığı ailə üzvləri ilə birgə nəzərə alındıqda ölkədən narazıların sayı tək bir lombardın hesabına az qala 20 minə çatır. Bu isə təbii ki, təhlükədir.

Rauf Məmmədov bir daha bu xanımın Eldar Mahmudova yolundan danışır və onun həyat yoldaşı, Azərbaycan Həmkarlar Konfederasiyasının sabiq katibi Tahirə Mahmudova ilə Sevinc Abbasovanın dostluğunu önə çəkir. Hər iki xanımın yaxın rəfiqə kimi aralarında bir neçə sövdələşmə olmasını iddia edir. Mahmudovlar ailəsinə məxsus pulların burda sələm, ah-nalə ilə artırılmasını deyir.

Şikayətçi onu da əlavə edir ki, bu işdə Sevinc Abbasova da az qazanmayıb. Bir neçə obyektə sahib olub. Binəqədi rayonunda kecmiş Beynəlxalq Universitetin ərazisində qanunsuz gözəllik salonu tikdirib işlədir. İndi ölkədə qanunsuz fəaliyyətlərin qarşısının alındığı vaxtlarda onun gözəllik salonunun işləməsini də Rauf Məmmədov lombard sahibinin heç kimlə hesablaşmaq istəmədiyi kimi izahlandırır.

“Yeganə” şadlıq evinin yaxınlığında tikdirdiyi villada uşaqlara qanunsuz bağça xidməti göstərməsini də bu cür qiymətləndirir. Bütün bunlar Sevinc Abbasovanın fironluğunun köklərini açır və onun nəyə görə insanlara qorxu bilmədən qənim kəsilməyinin səbəblərini ortaya qoyur. Bu qadının qanunsuz əməlləri bununla bitmir.
Rauf Məmmədov daha bir ciddi iddia da səsləndirir. “Sevinc Abbasova həm də heç bir qurumda qeydiyyatda olmayan böyük bir mühafizə dəstəsinə sahibdir və bunlar Eldar Mahmudov və Sevinc Abbasova cütlüyünün ortaqlığının danılmaz təsdiqidir”. Müştəriləri hədələməsi, onları lazım gələrsə itirməsi kimi təhdidlərinin də bu səbəbdən ortaya çıxdığını deyir.

KİV-də hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bir faktı nəzərə çatdıran şikayətçi sabiq nazirin Badamdar qəsəbəsindəki iqamətgahındakı axtarışlar zamanı bankalar dolusu kilolarla bitiliyant çıxdığını xatırlatmaqla onların daş-qaşlarının, qızıl-zinət əşyalarının bu bankalarda olmasını da gizlətmir.

Mahmudovun taleyi və gələcəyi sual altındadır. O həbs ediləcək və ya bu vəziyyətdə də qalacaq? Yəni, bu məsələ hələ həllini tapmayıb. Bəs bu xanımın zülm etdiyi insanların aqibəti necə olacaq? Axı “Yetər” lombardın fəaliyyəti tamamilə qanunsuzdur və yığılan sərvət soyğunçuluq və reketlik əlamətlərindən başqa bir şey deyil.
Rauf Məmmədov “Yetər” lombardın vergidən yayınmasından da bəhs edir. Deyir ki, Vergilər Nazirliyindən lombardın xidmətinə təkan verən və insanları daha ağır durumlara gətirib çıxaran səlahiyyətlilər var. Onlar nəinki qanuna sığmayan bu xidməti zərərsizləşdirir, əkisinə ona havadarlıq etməkdən belə çəkinmirlər. Bu belə deyilsə onda aylıq gəliri 40 mini keçən lombarddan niyə adekvat vergi tutulmur? Hər məchuldan xəbərdar olan vergi məmurları bu boyda həngaməyə niyə göz yumurlar? Əgər qurum “Yetər” lombardın girov siyahısına və hər ay topladığı faizə ötəri bir nəzər salsa burda cəmləşən məbləğ tam ortaya çıxar.

Bu gün ölkədə əhalinin maddi vəziyyətinin yaxşılaşması üçün ciddi işlər görülür. Ölkə başçısı İlham Əliyev bu ağır durumda əhalinin yanındadır. Bütün nazirlər regionlara üz tutur. Bu halda “Yetər” lombardın əməllərinə göz yumulması başa düşülən deyil. Üzləşdiyimiz devalvasiya ərəfəsində kimlərinsə kirli pulları hesabına boğulan adamlara həyan olmaq lombard adı ilə insanları talayan sələmçilərin cilovunu yığmaq doğrudanmı çətindir?

Sonda Rauf Məmmədov “Yetər” lombardın sahibi Sevinc Abbasovanın həyat yoldaşının kim olduğu və hansı vəzifəni tutduğu barədə də geniş açıqlama verdi. Doğrusu, bu çox təəccüblü oldu.

Bu barədə növbəti yazıda geniş söhbət açılacaq.

Bir halda ki, lomdbard fəaliyyətinin qanunsuz olduğunu ekspertlər dəfələrlə təsdiq edib və bildirilib ki, bu xidmət qanunla tənzimlənməyib, bunun qarşısının alınmasına nədən cəhd edilmir?

“Yetər” lombardda girovda olan 4 mindən artıq əhali bu suala cavab istəyir və səbirsizliklə qəti addım atılmasını gözləyir.

Mözuya qaydacağıq.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …

Bir cavab yazın