Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynov işi ilə vidalaşıb.
Məlumat üçün bildirək ki, Beytulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudurlar.
E.Mahmudovun işdən çıxarılmasından sonra, oktyabrın 21-də B.Hüseynov da tutduğu vəzifədən qovulub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir. (aznews.az)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın