Ana səhifə / Siyasət / Eldar Mahmudov Rabitə Nazirliyində “obşak” qurubmuş – İfşa

Eldar Mahmudov Rabitə Nazirliyində “obşak” qurubmuş – İfşa

“Rabitə çetesi” MTN üçün yığılan pulları necə bölürmüş?; MTN-lə rüşvət əlaqələrində açar rolu oynamış Vidadi Zeynalovun şok ifadəsi yayıldı; telefon şantajının qurbanlarından alınan pullar məhz Rabitə Nazirliyində toplanıb, sonra isə generallara ötürülüb

Noyabrın 13-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq – “YM”)  həbslərin bir ili tamam oldu. 
Bir il əvvəl nazirliyin aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov  həbs ediliblər. Bu həftə isə V.Zeynalovun və daha bir neçə nəfərin mühakiməsi başlanmalıdır.
Məhkəmə ərəfəsi Rabitə Nazirliyinin həbsdəki əməkdaşlarının, eləcə də həmin dalğada nazir vəzifəsindən qovulan Əli Abbasovun MTN generallarına hər ay külli miqdarda rüşvət verilməsi barədə məlumatlar yenidən çoxalıb. Hələ MTN və Rabitə Nazirliyində həbslər başlayanda belə xəbərlər vardı ki, məsələn, Eldar Mahmudov hansısa kompromatlar əsasında qorxaq məmur kimi tanınan Əli Abbasovdan hər ay 10 milyon manat alıb. Hətta nazirlikdə kadrları belə vəzifəyə ya Eldar Mahmudov təyin edib, ya da onun razılığı alınaraq təyin olunub.
 
Image result for BTRİB
Bundan başqa, təsdiqləndi ki, Rabitə Nazirliyinin bütün avadanlıqları, rabitə xətləri MTN bandasının ixtiyarında olub. Buradan iş adamlarını, vəzifəli şəxsləri dinləmək və şantaj etmək üçün istifadə olunub. 
İndi isə bu rüşvət əlaqələrində açar rol oynamış  V.Zeynalovun  ifadəsi yayılıb.  “Trend”in məlumatına görə, V.Zeynalov istintaqa ifadəsində işlədiyi nazirliyin inzibati binasındakı xidməti otağında ləğv edilmiş MTN-in Mütəşəkkil Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, hazırda həbsdə olan general Sübahir Qurbanova fəaliyyətlərinin himayə edilməsi üçün 01.01.2011-ci il tarixdən 2015-ci ilin oktyabr ayına kimi hər ay 100.000 ABŞ dolları olmaqla, həmin dövrün məzənnəsi ilə ümumilikdə 3.047.000 (üç milyon qırx yeddi min) manat verib. Bununla yanaşı, o, həmçinin MTN-in Monitorinq Mərkəzinin rəisi general Teymur Quliyevə 01.07.2013-cü il tarixdən 08.10.2015-ci il tarixə kimi hər ay 50.000 ABŞ dolları olmaqla həmin dövrün məzənnəsi ilə ümumilikdə 1.158.000 (1 milyon 158 min) manat rüşvət verib.
Image result for Vidadi Zeynalov
Həm əvvəl, həm də indi MTN-ə bu “rüşvətin” niyə verildiyi haqda tutarlı  izahat yoxdur. Sadəcə, “verilib” deyilir. Amma niyə? 
“Yeni Müsavat”ın məlumatına görə, ortada klassik anlamda heç bir rüşvət yoxdur. Xatırlayırsınızsa, V.Zeynalov həbsinin ilk günündən vəkili vasitəsilə az qala yalvarırdı ki, onun adını MTN işi ilə əlaqələndirməsinlər. Çünki Əli Abbasov, V.Zeynalov və digərləri yaxşı bilirdi ki, MTN çetesi ilə əlaqələri üzə çıxarsa, onları daha ağır tale gözləyəcək. Amma məlumdur ki, iqtidar MTN-in Rabitə Nazirliyindəki  əlaqələrini deşifrə etmişdi və bu səbəbdən də orada da ciddi təmizləmə aparıldı.
Image result for Eldar Mahmudov Əli Abbasov
Məlumata görə, E.Mahmudov heç vaxt Əli Abbasovu və ona tabe olan  işçiləri incitməyib, əksinə, onlara  böyük etibar edərək “obşak” üçün pul yığımını Rabitə Nazirliyinə həvalə edib. Belə görünür ki, bu adam da məhz V.Zeynalov olub. Belə ki, MTN-in telefon şantajının qurbanları olanlardan alınan pullar məhz Rabitə Nazirliyində “yuyulub”, daha doğrusu, burada toplanıb.
Image result for Milli təhlükəsizlik
Şantaja və ya hədə-qorxuya məruz qalanlar onlardan tələb olunun məbləği həmişə diqqətdə olan MTN-ə yox, birbaşa pulla işləyən, dolu çantalarla nazirliyə girilməsinin adi hal olduğu Rabitə Nazirliyinə ötürüblər. Həmin pullar isə sonradan “işgüzar iş üçün” Rabitə Nazirliyinə gələn MTN generallarına verilib. Əgər belə olmasaydı, Rabitə Nazirliyindəki  dəstə ələ keçəndə, məsələn, Tağı Əhmədov kimi hədə-qorxuya məruz qaldıqlarını bildirər, mənimsənilən milyonları MTN generallarına “yükləyə” bilərdilər.
Heç şübhə yoxdur ki, “rabitə çetesi” bu işbirliyindən MTN-dəki generallar kimi milyonlar qazanıb… Eldar Mahmudovun qurduğu “obşak” sayəsində…   
 
“YM”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın