Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Eldar Əzizovdan sərt çıxış – “Qudurmamaq lazımdır”

Eldar Əzizovdan sərt çıxış – “Qudurmamaq lazımdır”

Bu gün Səbail rayonu icra hakimiyyətində 9 ayın yekunları ilə bağlı hesabat toplantısı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayona yeni təyin olunmuş icra başçısı Eldar Əzizov olduqca sərt çıxış edib. O bildirib ki, bu gün məmurların əsas prinsipi “prezidentə sadiq olmaq və qudurmamaq” olmalıdır: “Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar”. İcra başçısı deyib ki, ədəbi dildə “qudurmaq” sözünü insanlara şamil etmək olmasa da, bu harınlaşmış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək.

Həmçinin cavabdeh şəxslərin məsuliyyət məəsələsinə toxunan icra başçısı onlara daha məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar verib.

Yığınsaqda çıxış edənlər prezident tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlərin görülməsini halların toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qalmırılması ilə bağlı görülən işləri fəal surətdə dəstəkləyiblər. Qeyd olunub ki, son günlər Milli təhlükəsizlik nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması və bəzilərinin həbsi onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən və tənqiddən kənarda qala bilməz.

 

Eldar Əzizovdan sərt çıxış  -  “Qudurmamaq lazımdır”

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın