Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / Eldar Əzizov vəzifəsindən azad edilir, yerinə bu şəxs gətirilir

Eldar Əzizov vəzifəsindən azad edilir, yerinə bu şəxs gətirilir

Yaxın günlərdə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılacaq.

Bildirilib ki, Eldar Əzizovun bütün çabaları heç bir nəticə verməyib və onun ən yaxşı halda Nazirlər Kabinetində müşavir, ya da Rusiyaya səfir təyin olunması mümkundür.

Yeni merin kimliyinə gəlincə, mənbə bildirib ki, onun xanım olacağı barədə ilkin məlumatlar var.

Bu posta Abşeron Rayon İcra Hakimiyyətinin  başçısı İradə Gülməmmədovanın adı çəkilir. İ.Gülməmmədova uzun zamandır, Bakı meri olmaq üçün çalışır. Onun bu posta təyinatı üçün heç bir əngəl yoxdur.

Qeyd edək ki, uzun müddətdir, Eldar Əzizovun fəaliyyətində zəifləmə müşahidə olunur, mətbuatda görünmür, tədbirlərə qatılmır və problemlərin həllində adı çəkilmir. Sakit köşəyə çəkilməklə işini bitmiş hesab edir.

Hətta onun səhhətində ciddi problemlərin olması barədə malumatlar var.

Deyilənlərlə bağlı Eldar Əzizovun fikirlərini işıqlandırmağı çox istərdik. Amma Əzizov mətbuata açıq deyil və onun qapısında xüsusi mühafizə var. Bizimxeber.az

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …