Ana səhifə / Siyasət / Elçibəyin anım günü- KXCP ziyarət etdi- Fotolar

Elçibəyin anım günü- KXCP ziyarət etdi- Fotolar

Avqustun 22-də milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfat günü ilə bağlı anım tədbirləri keçirilir. Səhər saatlarında siyasi partiyalardan olan KXCP də Elçibəyin Fəxri Xiyabandakı qəbrini ziyarət edib və əklil qoyub.
Tədbir Azərbaycanın dövlət himni ilə başlanıb. Daha sonra KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək bildirib ki, illər əvvəl, Ə.Elçibəyin ölümündən 7 gün sonra cəbhəçilər onun ölüm tarixini Savalan dağına yürüş günü kimi qeyd etməyə qərar veriblər: “Biz öz sədaqət, vəfa borcumuzu yerinə yetirdik. Cəmiyyət də Əbülfəz bəyi qiymətləndirdi. Bu gün Savalan ziyarət günüdür. Elçibəy Savalanın ziyarətinə xüsusi önəm verirdi. Və xüsusi olaraq da vətənini canından sevənlərin bu ziyarətdə olmasını arzulayırdı. Azərbaycanın bütövlüyünü, insanlığın bütövlükdə bir arada olmasını istəyən Əbülfəz bəy üçün onun ölüm tarixinin Savalana yürüş kimi qeyd olunması bizim tərəfimizdən onun üçün kiçik bir dəyərləndirmədir. Bu gün ağır gündür. Amma həm də şərəfli gündür. Ona görə ki, cismən ayrılsaq da, biz mənəvi olaraq bağlılığımızı hiss edirik. Ziyarətimiz qəbul olunsun. Allah qismət etsin, Elçibəy ideyalarını gerçəkləşdirək. Həqiqətən də ölkənin bütövlüyünə nail olaq. Bu bütövlüyə nail olandan sonra, Azərbaycanın torpaqlarını işğaldan azad edəndən sonra bu məzar önündə özümüzün qələbə raportunu, zəfər raportumuzu verək. Rahat şəkildə deyək ki, “Bəy, ruhun şad olsun. Sənin ruhunun şad olması üçün əlimizdən gələni etdik. Alah qismət etsin, Elçibəyin ruhunun şad olmasına biz də öz töhfəmizi verə bilək”.
Digər çıxış edənlər də Ə.Elçibəyin keçdiyi yolun qısa xülasəsini xatırladıblar, həmçinin, onun siyasi fəaliyyətindən söz açıblar. Anım tədbiri dövlət himni ilə də yekunlaşıb.
Qeyd edək ki, Ə.Elçibəyin ölümündən 15 il keçir.














Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın