Şənbə , Dekabr 3 2022
Ana səhifə / Siyasət / “Elçibəyi Heydər Əliyevi çağırmağa mən inandırdım”

“Elçibəyi Heydər Əliyevi çağırmağa mən inandırdım”

Türkiyənin sabiq dövlət naziri, Bursadan olan deputat, böyük iş adamı Cavit Çağlar azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibəsində 1993-cü ilin iyun siyasi böhranı barədə sensasion açıqlama verib.

Azpost.info bildirir ki, Çağlar 1993-cü ildə mərhum prezident Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi ilə bağlı maraqlı məqamları açıqlayıb.

Onun sözlərinə görə, 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin Türkiyəyə səfər etməsini və Baş nazir Süleyman Dəmirəllə görüşməsini təklif ediblər.  “Heydər bəy dedi ki, bu çox çətindir. Necə gedəcəyik? Deputatlar -filan…”

C.Çağlar daha sonra iyun qiyamı zamanı yaranmış böhranla bağlı Türkiyənin addımlarını açıqlayıb.

Onun sözlərinə görə, iyun qiyamı zamanı prezident Əbülfəz Elçibəylə görüşüb.

“Mən Əbülfəz Elçibəylə danışdım. Dedim ki, siz çətinlik çəkirsiniz.  Heydər Əliyevi Milli Məclisin sədri postuna çağır. Onu inandırdım. Bu təklifi Elçibəy dəstəklədi. Heydər bəy gəldi. Milli Məclisin sədri oldu. Bu işin arxasında mən var idim. Bunu ilk dəfə səsləndirirəm. Elçibəyə dedim ki, təkbaşına bu işin öhdəsindən gələ bilməyəcəksən. Bizim üçün də  çətinliklər yaradacaqsan. Heydər Əliyevi çağır yanına. Sənin işinə qarışmadan Məclis sədri olsun. Yaxın zamanlarda kitabım çıxacaq. Bu məsələnin detallarını orada açıqlamışam”.

Cavid Çağların sözlərinə görə, bu prosesin başında Süleyman Dəmirəl dururdu: “Bizim liderimiz o idi. O bizə istiqamət verirdi. Mən Dəmirəlin ən yaxın adamı idim. Süleyman bəy və Heydər bəy çox yaxşı dost oldular”.

Çağlar daha sonra Heydər Əliyev və Əbülfəz Elçibəylə bağlı fikirlərini bölüşüb: “Elçibəy Atatürkü çox sevə bilər, milli duğuları böyük ola bilərdi. Biz sonra Heydər Əliyevi və Elçibəyi tanıdıq. Heydər Əliyev siyasətin devi idi, Elçibəy isə yaxşı adam idi”.

O deyib ki, mərhum Heydər Əliyevlə  1992-ci ildə Naxçıvanda “Həsrət körpüsünün” açılışında tanış olublar.

“Son günə qədər əlaqələrimiz var idi. Mən Heydər bəyin evində qonaq olmuşam. Heydər Əliyevi çox sevirəm. İlham Əliyevi də. Çox bacarqılı bir siyasətçidir. Müharibədə qalib gəldi”-deyə Çağlar vurğulayıb.

Cavid Çağlar artıq siyasətlə məşğul olmadığını deyib.

Qeyd edək ki, 1993-cü ildə polkovnik Sürət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində Azərbaycanda siyasi böhran yaranıb. Qiyamın yatırılmasında uğursuzuluq  böhranı dərinləşdirib. AXC hakimiyyəti Naxçıvandan Heydər Əliyevi Bakıya dəvət edib.  O, Milli Məclisin sədri seçilib.  Bundan sonra prezident Elçibəy Bakını tərk edərək Naxçıvana gedib.  1993-cü ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçirilib və Heydər Əliyev dövlət başçısı seçilib.Tarix: 27 İyun 2022, 22:00   

Həmçinin oxuyun

“Ramiz Rövşən həmişə müxalifətdə olub, amma hökumət ona ev bağışlayıb…” – Deputat

“Əlisa Nicatı yaxşı tanıyıram. Bəli, təkəbbürlü, öz sözünü deyən adamdır. Bir yerdə on il işləmişik. …