Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Siyasət / Ebru və Rzaya daha bir şok – Qərar

Ebru və Rzaya daha bir şok – Qərar

Rza Zərrab və Ebru Gündeş villasında “Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qanununa” zidd işlər gördüyü iddiasıyla başlayan məhkəmə prosesi davam edir. 

“Qafqazinfo” xəbər verir ki, baş tutan iclasda ABŞ-da həbsdə olan Zərrabın vəkili Tuğçe Yanarkol da iştirak edib.

Məhkəmədə əkiz villaların eks-sahibi danışaraq oranı ilk aldığında pis vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini bildirib.

Rza Zərrabın ifadəsinin alınması üçün qərar qəbul edilib, Beynəlxalq Hüquq və Xarici İşlər Xidmətinə müraciət olunacağı barədə fikir bildirilib.

Bundan sonra, təmiri həyata keçirən Hakkı Süha Gökdemirin məhkəməsi baş tutub. Məhkəmə sonda villalara edilən dəyişiklərin sökülməsi barədə qərar qəbul edib.  Buna, binanın xarici görünüşü, hovuz, lift və s. daxildir.

Xatırladaq ki, R.Zərrab 2011-ci ildə satın aldığı əkiz villaları Ebrunun adına alıb. İş adamı tarixi əsər olaraq qeydiyyatda olan malikanədə təmir işləri aparıb. Daha sonra araşdırma zamanı villalara lift qurlaşdırıldığı, binanın tamamilə dəyişdirildiyi məlum olub.

Bundan sonra Beykoz Prokurorluğu tərəfindən cinayət işi açılıb, cütlüyün 6 aydan 3 ilə qədər həbs olunması istənilib.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın