Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / DYP inspektorları Naz Lifan sürəcəkmi? – Kamran Əliyevdən açıqlama

DYP inspektorları Naz Lifan sürəcəkmi? – Kamran Əliyevdən açıqlama

Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib.
“Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə ölkə başçısı bildirib.
Hazırda cəmiyyətdə ən çox müzakirə oluna məsələlərdən biri də Dövlət Yol Poisi inspektorlarının “Lifan” avtomobillərindən istifadə etməli olması haqda çağrışlardır.
Moderator.az -a açıqlama verən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, o, bu haqda bir söz deyə bilməyəcək:
“Mən bu haqda bir söz deyə bilmərəm. Məsələ ətrafında danışmaq mənim səlahiyətlərima aid deyil.
Yaxşı olar ki məsələ ilə bağlı nazirliklə əlaqə saxlayasız”.”

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın