Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Siyasət / Düşmən öz terrorçu mahiyyətindən əl çəkmək fikrində deyil – AMİP

Düşmən öz terrorçu mahiyyətindən əl çəkmək fikrində deyil – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb.

Bəyanatda deyilir: “Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan jurnalistlərin olduğu sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olmuş Sirac Abışov (Az TV-nin operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı) və Arif Əliyevin (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) ailə üzvlərinə və yaxınlarına bağsağlığı verir, Uca Allahdan şəhidlərimizə rəhmət, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilən digər soydaşlarımıza şəfalar diləyirik.

Baş vermiş hadisə bir daha onu göstərir ki, düşmən öz terrorçu mahiyyətindən əl çəkmək fikrində deyil. Belə ki, 44 günlük müharibədən sonrakı dinc dövrdə işğaldan azad edilən ərazilərdə artıq 120-dən çox insan minaya düşərək həyatını itirib və ya yaralanıb. Azərbaycan 10 noyabr bəyanatından sonra minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasına, bütün üçtərəfli danışıqlarda bunu Ermənistandan tələb etməsinə baxmayaraq, bu vaxta qədər rəsmi İrəvan bu xəritələri verməkdən imtina edib. Təəssüf ki, bununla əlaqədar ermənistana qarşı tələb irəli sürmək əvəzinə, Fransa başda olmaqla bir sıra dövlətlər, həmçinin, Avropa Parlamenti də daxil olmaqla bəzi beynəlxalq qurumlar hələ də həbs olunmuş erməni terrorçularının azad olunması ilə bağlı müxtəlif müraciətlər etməkdə davam edirlər. Kəlbəcərdə partlayan erməni minalarını həm də onların çağırışlarının nəticəsi hesab edirik. Çünki, həbs edilən erməni diversant-terrorçuları azad etməyə çağıranlar əslində, erməni terrorizmini və bununla da eyni zamanda beynəlxalq terrorizmi dəstəkləmiş olurlar.

Azərbaycan Milli İstiqlal Partiyası xəritələrin verilməməsi səbəbi ilə işğaldan azad olunmuş ərazilərdə partlayan minalar nəticəsində vətəndaşlarımızın həlak olmasına və yaralanmasına səbəbkar olan erməni terrorçuları ilə yanaşı, həm də üçtərəfli bəyanata imza ataraq üzərinə bilavasitə “sülhməramlı missiya” götürən Rusiya tərəfini günahkarı hesab edir. AMİP növbəti dəfə bir sıra beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı erməni tərəfinə təzyiq etməyə və ədalətli mövqe sərgiləməyə çağıran müraciət ünvanlayıb”.

Azinforum.az

Həmçinin oxuyun

Üçüncü Qarabağ müharibəsi olacaq? – ŞƏRH

İkinci Qarabağ savaşı bitsə də, Azərbaycan Ordusunun hərbi təlimləri dayanmır. Bu, ordumuzun növbəti lokal müharibəyə, …