Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / “Düşmənə qalib gəldik, amma rüşvətxorluğa qalib gələ bilmədik”

“Düşmənə qalib gəldik, amma rüşvətxorluğa qalib gələ bilmədik”

“Hakimiyyət müxalifətin təkliflərinə daha ciddi yanaşmalıdır, müxalifət də hakimiyyətlə birlikdə Qarabağla bağlı məsələlərin həllində iştirak etməlidir”. 

Bu barədə cümə axşamı Vətəndaş Həmrəyliyi Partiyasının lideri, parlamentin deputatı Sabir Rüstəmxanlı hakim Yeni Azərbaycan Partiyasının təşkil etdiyi dəyirmi masada bildirib.

Qarabağ müharibəsində qələbədən bir il keçdiyini xatırladan Rüstəmxanlı xalqın sevincinə kölgə salan, onun etimadını sarsıdan amillər olduğunu və onların aradan qaldırılmalı olduğunu deyib. 

“Biz müharibədən sonra yeni dövr arzulayırdıq. Əvvəlcə belə də oldu, amma sonradan məmurların kabinetləri xalqın üzünə bağlandı. Vəzifəli şəxslər öz məsuliyyətlərini unudurlar.

Biz düşmənə qalib gəldik, amma bürokratiyaya, rüşvətxorluğa qalib gələ bilmədik. Yəqin ki, bunun üçün də 44 günlük müharibə lazımdır. Məmur tərifdən, riyakarlıqdan, ikiüzlülükdən uzaq olmalıdır”, deyə Rüstəmxanlı bildirib. 

Digər tərəfdən, siyasi partiyalar arasında birlik olmalıdır. Dialoq dekorativ xarakter daşımamalıdır, hakimiyyət və müxalifət arasında böhtan olmamalıdır. 

“Hakimiyyət sıravi vətəndaşlara daha yaxın olan müxalifətin qaldırdığı məsələlərə ciddi yanaşmalıdır. Müxalifət hakimiyyətlə birlikdə Qarabağ məsələsində, quruculuq işlərində iştirak etməlidir”, deyə Rüstəmxanlı qeyd edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa …