Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Düşənbədə Əliyev və Paşinyanla eyni liftdə olan Qriqori Ayrapetov öldü

Düşənbədə Əliyev və Paşinyanla eyni liftdə olan Qriqori Ayrapetov öldü

İrəvanda, öz mənzilində, yeni ilin ilk günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqori Ayrapetov dünyasını dəyişib. Bu barədə Ermənistanın “Shamshyan.com” saytı məlumat yayıb.

Qeyd olunur ki, 1991-2018-ci illərdə Ayrapetov Ermənistan liderlərinin: üç prezidentin və hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyinə cavabdeh olub. O, 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilib.

Qriqori Ayrapetov 2018-ci ilin sentyabrında Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla eyni liftdə olub.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə MDB sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

virtualaz.org

Həmçinin oxuyun

Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər …