Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Duqin: Qarabağ anlaşması yazda imzalana bilər

Duqin: Qarabağ anlaşması yazda imzalana bilər

Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşündən sonra tezliklə Bakı və Yerevanın Qarabağ münaqişəsi ilə bağlı anlaşma imzalaya biləcəkləri haqqında bəyanatlar verilib.

Media.Az xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasovun fikrincə erməni tərəfi təzyiq altında bir neçə rayonu güzəştə getməyə məcbur olacaq. Və bu iyunda baş verəcək.

“Novosti-Armeniya”yanın verdiyi məlumata görə digər rusiyalı politoloq Modest Kolerov Ermənistanla Azərbaycan arasında anlaşmanın fərqli zamanda baş verəcəyini söyləyib. O, hesab edir ki, anlaşma artıq mart ayında imzalanacaq və razılaşma sənədi çoxdandır ki mövcuddur.

Beynəlxalq Avrasiya hərəkatının lideri, siyasi elmlər doktoru və publisist, həmçinin “Kremlin ideoloqu” adlandırılan Alensandr Duqin Media.Az-a müsahibəsində hadisələrin bu cür inkişafının mümkün olduğunu bəyan edib.

“Məsələ bundadır ki, Rusiya ilə Azərbaycanın mövqelərində müəyyən əlaqə və ardıcıllıq var. Rusiya burada passiv müşahidəçi yox, həll prosesinin aktiv iştirakçısıdır. Moskva ilə Bakı arasında əvvəlcə Dağlıq Qarabağ ətrafındakı beş və sonra daha iki rayonun qaytarılması məsələsi ilə bağlı qarşılıqlı anlaşma var. Bu Ermənistanın əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdı”, – A.Duqin söyləyib.

Həmsöhbətin sözlərinə görə, dəyişən yalnız Nikol Paşinyanın mövqeyi olub:

“O, hakimiyyətə böyük ölçüdə antirus, milli, liberal və qərbmeyilli dalğaların üzərində gəlib. Lakin bir siyasətçi kimi Paşinyan anlayır ki, Qarabağ məsələsində əvvəlki Ermənistan hakimiyyəti ilə razılaşdırmaların inkar edilməsi onun özünə mənfi təsir göstərəcəkdir.

A.Duqin hesab edir ki, Nikol Paşinyanın Qarabağ anlaşmaları ilə bağlı artıq bu yazda daha rasional mövqe tutacağını güman etməyə imkan verən bir sıra amillər mövcuddur.

“Moskva və Bakının mövqeləri möhkəmdir və hər hansı bir dəyişikliyi nəzərdə tutmur. Bu zəmində, təkrar edirəm ki, mən ən qısa zamanda beş, və daha sonra iki rayonun Azərbaycana qaytarılması haqqında razılaşmanı istisna etmirəm. Bundan sonra isə yeni mərhələ başlayacaq”, – deyə həmsöhbət fikrini tamamlayıb.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …