Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Dünya çempionundan idmançılar üçün mühüm Ramazan tövsiyyəsi- FOTO

Dünya çempionundan idmançılar üçün mühüm Ramazan tövsiyyəsi- FOTO

Əli Nəcəfi: “İdmançı uğur qazandıqca daha çox diqqətli və təvözəkar olmalıdır”

MMA versiyalı döyüş növü üzrə dünya çempionu Əli Nəcəfinin Editor.az-a müsahibəsi

-Əli bəy, idmana gəlişinizi necə xatırlayırsınız?

Bizim yaşıdlarımız yaxşı xatırlayar, 90-cı gənclərin daha çox marağı karateye idi. Hamımız idmanın karate növü ilə məşğul idik. Filmlərə baxıb, hamı bu idman növünə maraq göstərirdi. Mən də karate ilə başlamışam.  Karate üzrə iki qat ölkə birincisi olmuşam. Daha sonra kikboksla məşğul olmağa başladım. Daha sonra isə boksdan mənə təklif gəldi. Boksi idman növündə xeyli döyüşlər keçirdim. Moskvada boks üzrə idman ustası adını aldım.

Günlərin birində boks idman növü üzrə Çində bir döyüşüm olmalı idi. Çinə bir ay tez getmişdim. Orada məşq etmək, alışmaq üçün. Təsadüfən, Çində Jiu-Jitsu  idman növü ilə tanış oldum . Bu idman növü məndə böyük maraq yaratdı və məşqlərə başladım. Moskvaya gəldikdən sonra da bu idman növü ilə məşğul olmağı davam etdirdim.  Bir sıra turnirlərdə qələbə qazandım. Moskva çempionu oldum.
Bu idman növündə nailiyyətlər kəmərin rəngi ilə ölçülür. Bu idman növündə göy kəməri qazandım. Sonra gördüm ki, əlim ayağım imkan verir, güləşi də bilərəm. Özümü MMA idman növündə sınamağa qərar verdim.  Bir qədər məşğul olduqdan sonra gördüm ki, sırf mən istəyən idman növü elə budur. Özümü MMA-da tapdım. Düşündüm ki, burada qələbə qazanmaq şansım daha çoxdur. Azərbaycandan təklif gəldi ki, dünya çempionatına bizi təmsil et. Getdim, döyüşdüm və dünya çempionu oldum.

-Dünya çempionatından söz düşmüşkən, dünya birincisi olduğunuz döyüşlə bağlı fikirləriniz maraqlı olardı…

Bu çempionat mart ayında Budapeştdə keçirildi. Orada Azərbaycan  Kempo Federasiyasını MMA versiyalı döyüş növündə təmsil edirdim. 80-84 kiloqramlıq idmançılar arasında mübarizə aparırdım.  Rəqib yerli macar idmançısı idi . Bu döyüş günün sonuna saxlanılmışdı. Olduqca ağır döyüş oldu. . İlk raunda rəqibim məni üstəliyirdi. Ancaq mən ayağa tədbiq etdiyim ağrıdıcı fəndlə qalib gəldim. Rəqibimə fəndi tədbiq etdim və ikinci raunda çıxa bilmədi.
Bununla da mən Kempo Federasiyasının bayrağı altında keçirilən dünya çempionatında ilk azərbaycanlı dünya çempionu oldum.

– Etiraf etmək lazımdır ki, MMA versiyalı döyüş növü Azərbaycanda bir o qədər populyar deyil. Bu idmanla məşğul olmaq istəyən gənclərə nə demək istərdinizz ?

-Bəzən bu idman növünə qaydasız döyüş deyirlər.  Ancaq bu yanlış yanaşmadır. Hər bir idman növündə olduğu kimi bu idman növündə də qaydalar var. Hər veriyanın özünü qaydaları mövcuddur.  İndi MMA qarşıq döyüşlər növü yaranıb.  Bu idman növü insanın və idmançının hər tərəfli yetişməsini təmin edir. Onun fəlsəfəsinə görə, idmançı təkcə bir növlə kifayətlənməməlidir. İdmançı hər bir şeyi bilməlidir. Bu idman növü sırf buna görə yaranıb.

-Bu bir reallıqdır ki, bəzi idmançılar bir sıra uğurlar qazandıqdan sonra idmana qarşı laqeydlik edirlər. Hətta bəzən onların adı bir sıra kriminal olaylarda hallanır… Bu məsələ ilə bağlı fikirləriniz necədir?

-Mənim yanaşmam belədir ki, əgər sən hansısa idman növü üzrə naliyyət qazanmısansa, deməkki sən cəmiyyətdə fərqlənmisən.  Fərqlənmisənsə demək ki, sənin yaşıdlarının, gənclərin diqqəti sənin üzərində olacaq. İdmançısansa, cəmiyyədə tanınan birisənsə ikiqat məsuliyyət daşıyırsan .İdmançı uğur qazandıqca daha çox diqqətli və təvözəkar olmalıdır.

-Bilirsiz ki, bu günlər Ramazan ayına təsadüf edir. Bu ayda idmançıların idman rejimi, qida rasionu ilə bağlı xeyli suallar meydana çıxır. Bəziləri bildirirlər ki, bir ay içində idmana fasilə vermək lazımdır. Ancaq bu da faktdır ki, bir aylıq fasilə idman üçün çox  çox uzun bir müddətdir.  İdmançılar bu ayda məşq və qida rejimini necə tənzimləməlidirlər?

-Çox gözəl sualdır. Məşq prosesi zəncir kimidir. Zəncir qırıldısa gərək yenidən başlayasan. Bu mənada Ramazan ayında məşqlərin tamamilə durdurulması fikri ilə razı deyiləm. Biz bu ayda məşqlərə ara verməmişik, sadəcə intensivliyini azaltmışıq. Yəni, hərəkətlər zamanı 30 saniyə, bir dəqiə fasilə verirdiksə, indi bu fasiləni 2-3 dəqiqəyə qədər artırmışıq. Çünki çalışırıq məşq zamanı nəbz qalxmasın. Çünki bu zaman sadə bir bioloji proses olaraq, insanın suya tələbatı artır. Bədəndə istilik yüksəlir.  Bədəndən su çıxır və bədən yeni maye tələb edir.
Ümumiyyətlə, hər bir insanın bədənində 45 dəqiqəlik rezerv var. Bu bitəndən sonra insan başlayır bədəninin öz ehtiyatından qidalanmağa.  Bu mənada çalışırıq ki, məşqlərin vaxtını iftara yaxın saatlara təyin edirik. İftarı elə çox vaxt zalda açırıq.

Ramazan ayında qidalanmağa gəldikdə isə, bu olduqca mühüm mövzudur. Bizdə yanlış bir anlayış var. Bir az yeyəndə deyirlər ki, sən dietadasan. “Dieta” latın dilində yaşayış tərzi deməkdir.  Əslində normalda hər kəs sağlam həyat tərzi sürməlidir.

Bizim mətbəximiz yağlı yeməklərlə çox zəngindir.  Buda idmançıya ziyandır. İnsanlarda piylənmə, qastrit və başqa problemlər yaradır. Ramazan ayında Allah bizə bu problemlərdən qorummaq üçün şərait yaradır. Bu konservləşdirilmiş yeməklər, qızartmalar, kolbasalar bunlar normalda ziyandır. Ramazan ayında isə iki qat ziyandır.

Yalnış qidalanmanın mənfi təsirləri özünü Ramazan ayında daha çox göstərir. Bilirsiniz ki, bu günlərdə qidanlamaq üçün vaxtımız çox az olur.  Tövsiyyə edirəm ki, ağartı məhsullarından, yumurtadan çox istifadə etmək lazımdır. Qoz, badam və digər çərəzlər qida rasionunda əsas yer tutmalıdır.

İdeal bir  səhər yeməyi zəruridir. Ramazan yay aylarına təsadüf etdiyi üçün iftarla imsak arasında vaxt çox azdır.  Ona görə çalışmaq lazımdır ki, yarım saatdan bir su içilsin. Bizim bədənimiz 81 faiz sudan ibarət olduği üçün biz suyu daha çox istifadə etməliyik.

Yaşıl çay içsək daha çox yaxşı olar.

İftarda sulu yemək zəruridir, daha sonra  digər qidalara keçmək lazımdır. Arıqlamaq üçün də düzgün qidalanmaq lazımdır. Bizdə bəzən arıqlayanda normal baxmırlar. Elə bilirlər ki, səhhətində hər hansı problem var, deyirlər kök olsan yaxşıdır. Ancaq bilmək lazımdır ki, arıqlamaq üçün gərək gündə beş dəfə yeyəsən. Biz isə səhər yemir,  axşam isə həddən artıq çox qida qəbul edirik. Bu da öz növbəsində həzmə getmir və bir sıra problemlərə səbəb olur. Yuxusuzluğun da səbəbi budur.
Təcrübə sübut edir ki, idmançılar nisbətən az qidalanıb döyüşə çıxdıqları zaman özlərini daha yaxşı göstərə bilirlər. Bu mənada sağlam qidalanma idmançılar üçün çox vacibdir.

-Müşahidələr göstərir ki, Azərbaycanda və digər müsəlman ölkələrində idmançılar daha çox imanlı şəxslər olur, dinə maraqları yüksək olur. Ateist idmançıya demək olar ki, rast gəlinmir. Bu nə ilə bağlıdır?  Bu bir ehtiyacdırmı ?

-Mən dəfələrlə müsahibələr vermişəm. Birinci dəfədir ki, belə sualla qarşılaşıram. Çox gözəl sualdır.  Məsələn, mən döyüş növü ilə məşğul olan idmançıyam. Mən öz gücümə güvənirəm. Öz üzərimdə işləyirəm,  ustalığımı artırıram. Ancaq mən bircə onu bilirəm ki, bizdən də güclü Allah var.

Döyüş meydanına daxil olanda bir qalırsan sən, rəqibin, birdə Allahın . Orada başqa heç kim sənə kömək ola bilməz. Allah güclüdür, O həmişə bizə güc verir. Bizim imanımız olmasa, döyüşə də inanımız olmaz. Qələbəyə də inamımız olmaz. Qalib gəlmək və ya məğlub olmaq şərt deyil. Şərt odur ki, sən ora çıxıb, döyüşürsən. Allah bizi seçir. Bu bizim işimizdir. Necə həkim, müəllim, eləcə də idmançı. Mən o rinqdən sonra yenə adi insanam. Bu sadəcə mənim peşəmdir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın