Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Dünənki hadisələrin sifarişçisi kimdir? – VİDEO

Dünənki hadisələrin sifarişçisi kimdir? – VİDEO

Azərbaycan Televiziyası bu gecə – iyulun 15-də Milli Məclisin önündə və binası daxilində baş verənlər barədə geniş təhlil materialı yayımlayıb.

Materialda sözügedən hadisələrin bəzi dairələrin qaragüruh planının bir hissəsi olduğu, Azərbaycan ordusuna dəstək məqsədilə küçələrə çıxmış əhalidən, yaranmış şəraitdən sui-istifadə edənlərin ortaya çıxdığı ifadə olunub.

Sözügedən planın sifarişçilərinin də kimliyi açıqlanıb. Bildirilib ki, yürüş davam etdiyi müddətdə insanların arasında izdihama siyasi məzmun verməyə çalışan adamlar meydana çıxıb. Məqsəd prosesi nəzarətdən çıxarmaq, döyüşlərdə üstünlüyün gətirdiyi güclü emosiyaları neqativ istiqamətə yönləndirmək cəhdi idi.

Qeyd olunub ki, sosial şəbəkələrdən od ələyənlərin, alov püskürənlərin erməni kimliyi bəlli olub:

“Azərbaycan xalqının iradəsi, uzun illərin əziyyəti, şəhidlərin qanı bahasına qazanılan bu uğurları qorumaq, ciddi vətəndaş mövqeyini ortaya qoymaq indi şərəf, millət, Vətən məsələsidir.

İndi şüşə sındırmaq, ucuz siyasət vaxtı deyil. Cəbhədə Ermənistana qarşı milli birlik, həmrəylik, milli iradə vaxtıdır. Zaman məsuliyyətlə davranmaq, nizam-intizama hər zamankından daha çox riayət etmək, cəmiyyətdəki təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq zamanıdır. Təmkin və birlik günüdür”.

Həmçinin oxuyun

Müxalifət “satqın”ı niyə hakimiyyətdən uzaqlaşdıra bilmir…

Ermənistan müxalifəti 10 noyabr üçtərəfli razılaşmasından sonra baş nazir Nikol Paşinyana “satqın” damğası vurub onu …