Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Dünən valyutadəyişmə məntəqələri açılmadı

Dünən valyutadəyişmə məntəqələri açılmadı

Yanvarın 10-da Bakıdakı valyutadəyişmə məntəqələri bağlı olub.

“ Azinforum.az ” azadliq.org-a istinadən xəbər verir ki, məntəqələrin günortadan sonra açılacağını gözləyənlər olsa da valyutadəyişmə məntəqələri axşamtərəfidə bağlı olub. Pul dəyişməyə gələnlər əliboş qayıdıblar.
Bəzi məntəqə sahibləri bunun bazar günü olması, çoxu isə dolların olmaması ilə əlaqələndirib. Məntqələrin işləməməsi metronun 28 may stansiyası ətrafında fəaliyyət göstərən “qara bazar”ın fəaliyyətini genişləndirib. Son günlər qanunsuz valyuta mübadiləsi ilə məşğul olanları polis saxladığından onlar gizli fəaliyyət göstərir. “Qara bazar”da 1 dollar 1 manat 90 qəpiyə, 2 manata təklif olunur.

Yanvarın 8-də valytadəyişmə məntəqələrində 1 ABŞ dolları 1 manat 85 qəpiyə satılıb. Mərkəzi Bankın «limit» tələbindən sonra isə dolların alış və satışı aşağı salınıb. Yanvarın 9-da1 ABŞ dolları 1.62 manatdan satılıb.
Mərkəzi Bank yanvarın 11-i üçün 1 ABŞ dollarının məzənnəsini 1.5642 manat müəyyən edib.

Dünən valyutadəyişmə məntəqələri açılmadı
Dünən valyutadəyişmə məntəqələri açılmadı
Dünən valyutadəyişmə məntəqələri açılmadı
Dünən valyutadəyişmə məntəqələri açılmadı

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın