Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / DTX-nın polkovnikinə YÜKSƏK VƏZİFƏ VERİLDİ

DTX-nın polkovnikinə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə “Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı” döş nişanı və “Qüsursuz xidmətə görə” I dərəcəli medalı ilə təltif edilib. APA

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …