Ana səhifə / Siyasət / DSX-nin nəqliyyat vasitələri və yükləri yoxlamaq səlahiyyəti ləğv edilib

DSX-nin nəqliyyat vasitələri və yükləri yoxlamaq səlahiyyəti ləğv edilib

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının sərhəddə nəzarət-buraxılış məntəqələrində nəqliyyat vasitələri, yüklər və başqa əmlakın buraxılışına nəzarət etmək səlahiyyəti ləğv edilib.
Azinforum.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamədə etdiyi dəyişiklikdə əksini tapıb.
Bu sahədə bundan sonra əsas səlahiyyətli orqan gömrük orqanları olacaq. Nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycanın dövlət sərhədindən buraxılışı sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrindən gömrük nəzarətindən sonra həyata keçiriləcək.
Sərhəd qoşunları yalnız əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması, dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin və müəyyən edilmiş hallarda yüklərin və başqa əmlakın gömrük orqanları ilə birgə yoxlanması hüququna malik olacaq.
Nəzarət-buraxılış məntəqələrinin Azərbaycanın dövlət sərhədindən keçən yüklərin və başqa əmlakın deyil, yalnız şəxslərin üstündə odlu silahın axtarışı məqsədi ilə texniki vasitələri tətbiq etmək səlahiyyəti olacaq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın