Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / DSMF  Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib

DSMF  Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib. Bu barədə DSMF-nin sədri Elman Mehdiyev aprelin 13-də KİV nümayəndələrinə məlumat verib.
DSMF sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2015-ci il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı hazırki vəziyyətə 18881 nəfərə şamil olunub ki, bunlardan 1342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 800 manat məbləğində birdəfəlik yardım göstərilib.
Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 400 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 17539 nəfərdir.
E.Mehdiyev diqqətə çatdırıb ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımların ən yüksəyi MDB üzrə Azərbaycanda qeydə alınıb. Belə ki, Azərbaycan manatı ilə ifadə etsək, bu məbləğ Belarusda təxminən 740 manat, Rusiyada 138 manat, Qazaxıstanda 570 manat, Özbəkistanda 295 manat və s. təşkil edir.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …

Bir cavab yazın