Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / DSK namizədin qərargahına hücumu araşdırır – Qalmaqal

DSK namizədin qərargahına hücumu araşdırır – Qalmaqal

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi deputatlığa namizəd “Təmiz dünya” İctimai Birliyi”nin sədri Mehriban Zeyanolovanın qərargahına edilən hücumla bağlı rəsmi müraciətini araşdırır. Bu barədə məlumatı Cebhe.info-ya deputatlığa namizəd Mehriban Zeynalova verib.

Onun sözlərinə görə, DSK bu məsələni öz üzərinə götürüb: “DSK bu işlə məşğuldur. Qərargaha hucum edən şəxsin kimliyi araşdırılır. Konkret şübhələndiyim şəxs yoxdur. O şəxsin kimliyi müəyyənləşməyincə, kimisə təqsirləndirə bilmərəm. Amma Bülbülə kənd qəsəbə nümayəndəsi bizə bildirdi ki, həmin şəxsi onlar göndərib. Buna isə qərargahda asılan plakatların qanunauyğun olmadığını əsas gətirdi. Mən isə burada qanunazidd heç nə görmürəm”.

Xatırladaq ki, 4 gün əvvəl deputatlığa namizəd, “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Bülbülə qəsəbəsində yerləşən seçki qərargahına hücum edilib. Özünü təqdim etməyən şəxs qərargaha daxil olaraq, içəridəki plakatları cırıb. Ondan sənəd tələb edildikdə isə, qaçaraq, qərargahı tərk edib.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın