Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Döyülən rektor qızı dönüşündən yazdı – Fotolar

Döyülən rektor qızı dönüşündən yazdı – Fotolar

Rektorun döyülən qızı apreldə Bakıya qayıdacaq.

Axar.az xəbər verir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının övladı Ülkər İsayeva “Azərbaycan II Beynəlxalq Psixologiya” konfransında iştirak edəcək.

25-26 aprel tarixində keçiriləcək tədbir universitetin “Mərmər” zalında baş tutacaq. Ötən il də konfrans bu ali məktəbin eyniadlı zalında təşkil olunub.

Ü.İsayeva isə Feysbuk səhifəsində konfrans barəsində məlumat yerləşdirərək, hər kəsi iştiraka dəvət edib. Özü isə hazırda Türkiyədə Koç Universitetinin Anadolu Mədəniyyətləri Araşdırma Mərkəzindəki bir tədbirdə iştirak edir. Onun bu ayın ortalarında vətənə dönəcəyi bildirilir.

Qeyd edək ki, Ülkər İsayeva mart ayının 8-dən 9-na keçə gecə, saat 04 radələrində əvvəldən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.

Həmçinin oxuyun

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar …

Bir cavab yazın