Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / “Dövlətinin dilinə hörmət etməyən məmur,dövlətin maraqlarını da müdafiə edə bilməz”

“Dövlətinin dilinə hörmət etməyən məmur,dövlətin maraqlarını da müdafiə edə bilməz”

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə tətbiq ediləcək cərimələrə münasibət bildirib.

A. Əlizadə bununla bağlı bir sıra mıqamlara toxunub: “23.06.2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.
Məcəlləyə əlavə edilən 533-1 maddəsində göstərilir ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Birmənalı olaraq təqdir edirəm. Eyni zamanda hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə dövlət dilində fikirlərini ifadə edə bilməyən, həmçinin ifadə edərkən dövlət dili normalarını pozan dövlət məmurlarının yüksək məbləğdə cərimə edilməsi barədə maddə əlavə edilməlidir.
Amma daha düzgün qərar o olar ki, belə şəxslər ümumiyyətlə dövlət vəzifələrinə təyin olunmasınlar. Çünki, dövlətinin dilinə hörmət etməyən, bu dildə danışmağı özünə yaraşdırmayan məmur mənsub olduğu dövlətin maraqlarını da müdafiə edə bilməz
“.

Azinforum.az

Həmçinin oxuyun

Zaxarova Cenevrə görüşünün detallarından DANIŞDI

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət çətin olaraq qalır. Hərbi qarşıdurma davam edir. Belə bir şəraitdə …