Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Siyasət / “Dövlət qurumlarından anası erməni olan, yaltaqlanan adamlar təmizlənməlidir”

“Dövlət qurumlarından anası erməni olan, yaltaqlanan adamlar təmizlənməlidir”

“Öz içimizdəki adamlar bizi məhv etməsə, heç kimin bizə gücü çatmayacaq. Dövlət qurumlarından anası erməni olan, yaltaqlanan adamlar təmizlənməlidir”


Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin 9ATU) dosenti Rəşid Mahmudov deyib. O, şəhid general mayor Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməsini təklif edib:


“Türkiyədə təhsil alan hərbçilərimizi bir-bir itiririk. Sanki burda onları aradan götürmək üçün kimlərinsə məqsədi var. Belə şey ola bilməz. Əbülfəz Elçibəyin dövründə hərbi təhsil almaq üçün Türkiyəyə kifayət qədər kursant göndərilmişdi. Türkiyədə təhsil alan həmin zabitlər isə çox ağıllı və savadlıdırlar. Öz içimizdəki adamlar bizi məhv etməsə, heç kimin bizə gücü çatmayacaq. Dövlət qurumlarından anası erməni olan, yaltaqlanan adamlar təmizlənməlidir. 


Polada Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməlidir. Onun gördüyü işlər bu gün dillər əzbəridir. Xüsusi komissiya ayrılıb generalın ölüm səbəbini araşdırmalıdır. Ola bilməz ki, burda satqınçılıq olmasın, erməni hardan bilir bizim komandirimiz hansı nöqtədədir. Bu ölkəni hara aparırlar, bilmirəm. Ölkə düzəlməlidir, yoxsa belə yaşamaq mümkün deyil. Erməni kimdir ki, bizə qalib gəlsin? Polad aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərmiş adam olub. Biz rusdan ayrılıb türkə doğru getməliyik, məqamdır. İndi bunu etsək, etdik, əgər etməsək, məhvə məhkumuq”.  (Moderator.az)

Həmçinin oxuyun

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” (AÇIQLAMA)

Azərbaycanda FETÖ-çulara şərait yaradanlar içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub”.Bu sözləri Sfera.az-a açıqlamasında …