Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Dövlət Miqrasiya Xidmətində struktur dəyişiklikləri olub

Dövlət Miqrasiya Xidmətində struktur dəyişiklikləri olub

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin iki idarəsində iki bölmə və iki şöbə ləğv edilib, bir yeni şöbə və iki idarədə rəis müavini postu yaradılıb.

APA-nın məlumatına görə, bu, Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Dəyişikliyə əsasən Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Miqrasiya siyasəti idarəsinin tərkibindəki Daxili və xarici miqrasiya siyasətinin formalaşdırılması şöbəsi, Miqrasiya məlumat bölməsi, Hüquqi təminat idarəsinin tərkibindəki Hüquq şöbəsi və Araşdırma bölməsi) ləğv edilib. Digər dəyişikliklə Miqrasiya siyasəti idarəsinin tərkibində Çağrı mərkəzi şöbəsi yaradılıb. Çağrı mərkəzi şöbəsinin vəzifələri sırasına miqrasiya sahəsində hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək, Xidmətə daxil olan zəngləri sutka ərzində fasiləsiz qəbul etmək və müvafiq qaydada cavablandırılmasını təşkil etmək, Xidmətə müraciət (zəng) edən şəxsləri miqrasiya orqanlarına müraciət etmə qaydası barəsində məlumatlandırmaq, müraciət (zəng) etmiş şəxslərin miqrasiya orqanlarına ünvanladığı təklif, ərizə və şikayətlərin, o cümlədən elektron müraciətlərinin icra vəziyyəti barədə məlumat vermək və ya zəruri hallarda müraciətləri (zəngləri)

Xidmətin aidiyyəti struktur bölmələrinə və sisteminə daxil olan qurumlara yönəltmək, müraciət (zəng) edən şəxslərə miqrasiya orqanlarına müraciət zamanı müraciətlərindən asılı olaraq tələb olunan sənədlər barədə məlumat vermək, Xidmətə daxil olan müraciətləri (zəngləri) təhlil etməklə miqrasiya qanunvericiliyinin tətbiqi ilə əlaqədar mövcud ziddiyyətlərin aradan qaldırılmasına dair aidiyyəti üzrə təkliflər vermək, Xidmətə müraciət (zəng) edən şəxslərə Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi barədə hüquqi informasiya vermək və Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək daxildir.

Digər dəyişikliklə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Miqrasiya siyasəti idarəsi və Hüquqi təminat idarələrində rəis müavini postları yaradılıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın