Cümə , Oktyabr 22 2021
Ana səhifə / Siyasət / Dövlət Miqrasiya Xidmətində böyük islahat: Xeyli vəzifəli şəxs işdən çıxarıldı

Dövlət Miqrasiya Xidmətində böyük islahat: Xeyli vəzifəli şəxs işdən çıxarıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb.

Azinforum.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.

Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.

Həmçinin oxuyun

Tahir Kərimli: “AXCP və Müsavat nə əldə edirlər, bilmirəm”

“Yeni Azərbaycan Partiyasında “dəyirmi masa” təşkil edilərək müxalif partiyaların fikirlərinin dinlənilməsi, partiya nümayəndələrinin çıxışlarının birbaşa …