Ana səhifə / Siyasət / Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı yeni açıqlama

Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı yeni açıqlama

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.
Bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib.

O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.
“Dövlət katibinin (ABŞ dövlət katibi Entoni Blinken – red.) əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”, – Patel əlavə edib.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …