Ana səhifə / Siyasət / Dövlət Departamenti Bəxtiyar Hacıyevə qarşı son hücumu pisləyib

Dövlət Departamenti Bəxtiyar Hacıyevə qarşı son hücumu pisləyib

“Azərbaycanda konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara qarşı zorakılıq, hücumlar və digər təzyiq formalarından dərin narahatıq”, – cümə günü ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanlı fəal Bəxtiyar Hacıyeva edilən hücumla bağlı TURANın sorğusuna cavabda bildirib.

“Biz, höküməti bütün bu kimi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, – sözçü bildirib.

“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqları qətiyyətlə müdafiə edir. Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən öz fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, – sözçü əlavə edib.

* Aprelin 21-də Hacıyev bildirib ki, o, oğurlanıb, işgəncələrə məruz qalıb, videoya çəkilib, Azərbaycanın daxili işlər naziri ilə bağlı Facebook-da yazdığı yazıları silməyə məcbur edilib, sonra gözü bağlı halda şəhərdən kənarında buraxılıb.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …