Ana səhifə / Siyasət / “Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin qohumbazlığına görə oğlum işsizdir”-ŞİKAYƏT(FOTO)

“Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin qohumbazlığına görə oğlum işsizdir”-ŞİKAYƏT(FOTO)

“Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov oğlum Elxanı otağna çağırıb deyib ki, rəis Qüdrət Qurbanov sənin öz ərizənlə işdən çıxarılmağını tələb edir…”

Ucar rayonu 20 Yanvar küçəsi dalan 2 ev 12 sakini Abbasov Sərxan Srac oğlu Bolgexeber.com-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

“Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, oğlum Sıraclı Elxan Sarxan oğlu Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsində işləyirdi.29 avqust 2016-cı il tarixdə heç bir əsas olmadan onun işdən çıxarılmağına dair məcburi ərizə yazdırdılar ki, buda oğlumun əmək hüquqlarının kobus şəkildə pozulmasıdır, ciddi qanunsuzluq faktıdır.

Belə ki, oğlum Elxan 2 ildir ki, Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsində işləyirdi.07 avqust 2016-cı il tarixdən 18 avqust 2016-cı il tarixə qədər məzuniyyətdə olub. İşlədiyi müddətdə işində heç bir nöqsan olmayıb.29 avqust 2016-cı il tarixdə Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov oğlum Elxanı otağna çağırıb deyib ki, rəis Qüdrət Qurbanov sənin öz ərizənlə işdən çıxarılmağını tələb edir, öz ərizənlə işdən çıxmalısan əks təqdirdə başqa vasitələrlə səni şərləyib işdən çıxaracayıq. Oğlum Elxan da məcbur olub işdən çıxmağı barədə diktə ilə ərizə yazıb. Dövlət idarəsini öz şəxsi mülkləri hesab edən bu şəxslərin əməlləri obyektiv yoxlanılmalı və qanunsuz olaraq məcburi qaydada hədə-qorxu ilə kənarlaşdırıldığı üçün oğlum Elxan işinə bərpa edilməlidir. Oğlumun işlədiyi vəzifəyə Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsinə isə Dövlət Dəniz Administrasiyasında şöbə müdiri işləyən Əhməd İsmayılovun əmisi oğlu Elməddin İsmayılovu təyin etdilər.Bu çirkin planı əvvəlcədən hazırlamışdılar. Mənim əlimdə mötəbər subut var ki, oğlum Elxanın işdən çıxarılmağına dair ərizəni ona məcbur yazdırıblar.Belə ki, bir ata kimi zəng edib rəis müavini Etiram Rəhimovla danışan zaman o etiraf etdi ki. rəis Qüdrət Qurbanovun bir başa göstərişi idi mən icra etməliydim.Birinci odur, mən kiməmki.Bu telefon danışığının audio yazısı var.

Oğlumun işlədiyi vəzifəyə Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsinə isə Dövlət Dəniz Administrasiyasında şöbə müdiri işləyən Əhməd İsmayılovun qardaşı oğlu Elməddin İsmayılovu təyin etdilər.Bu çirkin planı əvvəlcədən hazırlamışdılar.Mənim əlimdə mötəbər subut var ki, işdən çıxarılmağıma dair ərizəni mənə məcbur yazdırıblar.Bu barədə rəisin birbaşa göstərişi olub.Bunu rəis müavini Etiram Rəhimov öz səmimi etiraf edir ki, buna dair konkret subutu araşdırma zamanı Sizə təqdim edəcəyəm.Bu korrupsiya cinayətidir ki,oğluma qarşı ediblər.

Hazırda da Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin qanunsuzluğuna görə oğlum işsizdir.Himayəsində 3 uşağı var.Böyük övladı ali təhsil alır.Bakı şəhərində kirayədə yaşayırlar.Ailəmsində heç kəs işləmir.Acından ölmək təhlükəsi ilə üz-üzədirlər.

Mən özüm 25 il Dövlət Yol Polis İdarəsində işləmişəm.Mərhum Prezident Heydər Əliyevi 1974-cü ildən-1980-cı ilə qədər müşaiyət etmişəm. İkinci hakimiyyəti dövründə Naxçıvanda gedib onunla görüşmüşəm.6 övladım 18 nəvəm var.İşdən çıxarılmış oğlumun ailəsinə aldığım pensiya ilə mən baxıram.Oğlumda mən də Prezident cənab İlham Əliyevə, Nazir Səlim Müslümova və Əmək Müfəttişliyinin rəisi cənab Fuad Əlizadəyə şikayət ərizəsi ilə müraciət edib tədbir görmələrini xahiş etmişik.Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, oğlum Sıraslı Elxanın əvvəlki işinə bərpa edilməsinə yaxından köməklik göstərəsiniz”.

"Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin qohumbazlığına görə oğlum işsizdir"-ŞİKAYƏT(FOTO)
"Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin qohumbazlığına görə oğlum işsizdir"-ŞİKAYƏT(FOTO)
"Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin qohumbazlığına görə oğlum işsizdir"-ŞİKAYƏT(FOTO)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın