Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi və digərlərinin şikayəti üzrə məhkəmə başlayır

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi və digərlərinin şikayəti üzrə məhkəmə başlayır

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı məlum olub.
APA-nın məlumatına görə, apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası avqustun 23-nə təyin edilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə ləğv olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti veriblər.
Həmin şəxslər dələduzluqda təqsirləndirilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …

Bir cavab yazın