Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Dövlət Baxçalı İlham Əliyevi təbrik etdi

Dövlət Baxçalı İlham Əliyevi təbrik etdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsip və düşüncəsinin tarixdə təsdiqini tapmış nadir və güclü ölkələrdir.

Biz dostdan daha çox qardaşlıq əlaqələri ilə bir-birinə bağlanmış, coğrafi cəhətdən fərqli olsa da, xəyalları və hədəfləri eyni olan türk millətinin övladlarıyıq.

2020-ci il problemlərlə dolu mürəkkəb il olsa da, Zati-alinizin liderliyi ilə qəhrəman əsgərlərinizin mübarizəsi nəticəsində Qarabağda möhtəşəm bir zəfər qazanılıb.

Bu qələbə haqq işinin, haqq-ədalətə riayət edən bir inancın mükafatıdır.

Heç şübhəsiz, Ankara və Bakının ürəyi bir döyünür.

Tarix və millət qarşısında iftixarla bildirmək istəyirəm ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, layiq olduğu səviyyəyə çatmasına Sizin də böyük töhfələriniz vardır.

Zati-alinizin və Sizin şəxsinizdə bütün azərbaycanlıların Yeni ilini ən dərin hisslərimlə təbrik edir, səmimi salamlarımı və ehtiramımı bildirirəm”.

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …