Ana səhifə / Siyasət / Dörd ölkənin hərbi gəmiləri Xəzərdə artilleriya məşqi ediblər – FOTOLAR

Dörd ölkənin hərbi gəmiləri Xəzərdə artilleriya məşqi ediblər – FOTOLAR

“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib. Gəmilərin müxtəlif üsullarla yanalması da məşq olunub.

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.

Həmçinin oxuyun

Gürcüstan parlamentinin sədri: “Dost Azərbaycanla birgə Keşikçi Dağı məsələsinin həlli yolunu tapacağıq”

“Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyət təəssüf doğurur. Lakin əminik ki, dost ölkə olan Azərbaycanla …