Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Siyasət / “Dini liderlər boş yerə vaxt itirirlər”

“Dini liderlər boş yerə vaxt itirirlər”

Rusiya patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə bugünkü görüşü zamanı bildirib ki, söhbət hərbi münaqişənin aradan qaldırılmasından getdikdə siyasi amil mövcud olur, bu amilin hakim olması isə danışıqları çətinləşdirir: “Bəzən dini nöqteyi-nəzərdən baxanda insanların niyə bir-birinə etibar edə bilmədiyini anlaya bilmirik. Onların etibar edə bilməməsinin səbəbi siyasi maraqlara toxunması ilə bağlıdır”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya patriarxı Kirilllə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bugünkü görüşünü şərh edərkən deyib.

“Kirill haqlıdır, siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir. Belə olan halda sual olunur: Nəticənin əldə olunmayacağı əvvəlcədən bəllidirsə Azərbaycan və erməni din xadimlərini görüşdürmək Kirilin nəyinə lazımdır? Böyük ehtimalla Rusiya patriarxı Kremlin təlimatıyla dini liderlərin görüşünü təşkil edib. Moskvaya nəticə lazım deyil, prosesi nəzarətdə saxlamaq istəyir. Kirill həmkarlarını Moskvada görüşdürərkən, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Kremldə görüşürdü. Yenə Paşinyanla Putin hansısa məsələlərdə razılıq əldə edəcəklər, dini liderlər isə boş yerə vaxt itirirlər. Vaxtilə erməni separatizminin və Azərbaycan torpaqlarının işğalının arxasında dayanan erməni kilsəsi barışığa hazır deyil”.

Həmçinin oxuyun

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi (VİDEO)

“Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”.Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber …