Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Dini Komitə rəsmisi ateist jurnalisti müdafiə etdi, dindarlara TƏƏSSÜFLƏNDİ

Dini Komitə rəsmisi ateist jurnalisti müdafiə etdi, dindarlara TƏƏSSÜFLƏNDİ

Ateizmi müdafiə edən jurnalist Vüsal Məmmədovun dini mövzuda Modern.az saytına verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Vüsal Məmmədov açıqlamalarında müqayisələrlə elmin dindən üstün dayandığını, dindarların yanaşmasının olduqca qüsurlu olduğunu qabardıb.

Maraqlıdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov da Vüsal Məmmədovu dəstəkləyib.

O deyib ki, bu, son zamanlar oxuduğu ən yaxşı müsahibədir. G.İsmayılovun sözlərinə görə, hətta belə bir söhbətə maraqlı müsahibə demək bəlkə də haqsızlıqdır. Bununla belə, komitə rəsmisi jurnalistin fikirlərində qərəz və kinayəni sezdiyini də dilə gətirib.

“Təbii ki, onun bəzən açıq-aydın qərəz və kinayə hiss edilən fikirlərinin böyük bir qismi ilə razı deyiləm. Amma etiraf edim ki, dindarlarımız arasından bu müsahibə səviyyəsində Vüsal Məmmədova cavab verə biləcək adamlar çox azdır, bəlkə də yoxdur”,-deyə Gündüz İsmayılov əlavə edib.

Qurum rəsmisi qeyd edib ki, əslində din sahəsində problemin əsas qaynağı layiqli cavablar verilə bilməməsidir.

“Dindar kəsimdə savadlıların azlığı, yetərincə olmaması problemin əsas qaynağıdır. Vüsal Məmmədovun müsahibəsinin maraqlı və cəlbedici olmasının səbəbi o deyil ki, o, haqlıdır. Səbəb sadədir: qarşı tərəfdə onun qədər savadlı və hazırlıqlı adam azdır. Bu baxımdan dindar kəsimin Vüsal Məmmədovun timsalında bir intellekti itirməsinə təəssüflənirəm”.

Onu da xatırladaq ki, jurnalist Vüsal Məmmədov vaxtı ilə dindar olduğunu, hətta ateistlərə nifrət etdiyini də bildirmişdi.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın