Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Siyasət / DIN-nin 17 idmançı əməkdaşından 5-i qızıl, 1-i gümüş medal qazanıb – İslamiada

DIN-nin 17 idmançı əməkdaşından 5-i qızıl, 1-i gümüş medal qazanıb – İslamiada

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına Daxili Işlər Nazirliyinin (DİN) 17 idmançı əməkdaşı qələbə uğrunda mübarizəyə qatılıb. 

Azinforum.az DİN-ə istinadən bildirir ki, artıq onlar ölkəmizin medal mücrüsünə 5 qızıl, 1 gümüş medal qazandırıblar.

Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı DİN Daxili Qoşunlarının giziri Ruslan Lunyov qazandırıb.

Təmsilçimiz bu uğurunu atıcılıq üzrə sonrakı yarışlara qatılmaqla yenidən təkrar edib, komandamıza ümumilikdə dörd qızıl medal qazandırıb.

Qeyd edək ki, Ruslan bu yarışda anası DİN Daxili Qoşunlarının veteranı, istefada olan mayor İradə Aşumova ilə birgə mübarizə aparıb. İ.Aşumova Afina Olimpiadasının bürünc medalçısı, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı olub.

Karatenin kumite yarışlarında mübarizə aparan DİN Daxili Qoşunlarının əsgəri, iki il əvvəl ölkəmizdə təşkil olunan ilk Avropa oyunlarının qalibi Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev isə 3:1 hesabı ilə qalib gələrək, finalda türkiyəli Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı  Kənan Abdullaxanlı komandamızın hesabına gümüş medal qazandırıb.

Həmçinin oxuyun

İmamoğlunun mandatı nə zaman veriləcək? – YSK sədrindən rəsmi açıqlama

İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə …

Bir cavab yazın