Çərşənbə , İyun 26 2019
Ana səhifə / Siyasət /  DİN generalı vəfat etdi

 DİN generalı vəfat etdi

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.

Azinforum.az  xəbər verir ki, BakiPost.az-a daxil olan məlumata görə, general qəfildən dünyasını dəyişib.

Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Sonra isə polis general-mayor Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq nazirin müşaviri təyin olunmuşdu.

Həmçinin oxuyun

Pakistan prezidenti azərbaycanlı səfirlə Qarabağı müzakirə edib

Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.  Qəbula görə təşəkkürünü …

Bir cavab yazın