Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / Diaspor təşkilatı referendumla bağlı maarifləndirməyə başlayır

Diaspor təşkilatı referendumla bağlı maarifləndirməyə başlayır

Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi sentyabrın 26-da ölkədə keçiriləcək referendumla bağlı Ukraynada maarifləndirmə işinə başlayır.

Mərkəzdən verilən məlumata görə, sentyabrdan başlanacaq maarifləndirmə işində məqsəd xaricidə yaşayan azərbaycanlıları ölkəmizin həyatında baş verəcək mühim dəyişikliklərlə tanış etməkdir.

Ukraynada Dəyirmi masa, digər ölkələrlə isə virtual vasitələrlə aparılacaq maarifləndirməyə əsasən səsvermə hüququ olan tələbələr və digər təbəqədən olan azərbaycanlılar cəlb ediləcək.

Maarifləndirmə zamanı həm də Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun internet saytlarından, media vasitələrindən istifadə olunacaq, soydaşlarımz ümumumxalq səsverməsi olan referendumda aktiv iştiraka dəvət olunacaq.

Dəyirmi masalarda təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik, eyni zamanda, 6 maddənin əlavə edilməsi soydaşlarımızın diqqətinə çatdırılacaq. Qeyd olunacaq ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır.

Məlumatda bildirilir ki, Azərbaycan demokratiyanın oturuşması yönündə iradəsini daim ortaya qoyub, demokratiyanın təkmilləşməsi həmişə diqqət mərkəzində saxlanılıb. Bu gün dünyanın ən demokratik ölkələri sayılan dövlətlərdə belə insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi proses olaraq daim müşahidə olunmaqdadır.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayından sonra yaradılıb. Mərkəzi ofisi Kiyev şəhərində yerləşən yeni qurum Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Layihənin ideya müəllifi və rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. Mərkəz dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət barədə razılıq əldə edib.

Sentyabr ayında qurumun fəaliyyəti və digər məsələlərlə bağlı Mərkəz rəhbərliyinin bir sıra ölkələrə səfəri planlaşdırılır.

Azadinform.az

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın