Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Siyasət / “Deyirsiniz, ruslar rədd olsun, yaxşı, gedirik…”

“Deyirsiniz, ruslar rədd olsun, yaxşı, gedirik…”

Ermənilər həddən çox oynadılar. Cənubi Qafqaz, Ermənistan bizə Sovet dövründə NATO, Türkiyə ilə bağlı vacib idi. Siz indi Rusiyadan nə istəyirsiz?

Axar.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında deyib.

“90-cı illərdə sizi bu səbəblərdən başa düşürdük. İndi isə deyirsiz ki, ruslar, rədd olun! Yaxşı, biz getdik, nə edəcəksiniz? İran, Türkiyə, Azərbaycan və Gürcüstanın əhatəsindəsiniz. Hansı Fransadan danışırsız? Onlar ki, ora uçub gələ bilməzlər”, – Kalaşnikov bildirib.

Həmçinin oxuyun

Ərsin Tatar Azərbaycana gələcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb. AZƏRTAC …