Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Siyasət / “Deputatların çoxu elə dillərinin badına gedib mandatlarını itirməli olacalar” – Natiq Cəfərli

“Deputatların çoxu elə dillərinin badına gedib mandatlarını itirməli olacalar” – Natiq Cəfərli

“Milli Məclisin 50-yə yaxın deputatı drijor çubuğu ilə idarə olunan formada eyni anda, eyni məzmunlu fikirlər səsləndiriblər və Konstitusiya dəyişikliyinə, erkən seçkilərə qarşı çıxıblar. Xub, belə fikirlər səsləndirə bilərlər, amma kim sistem dəyişikliyi, Ana Yasa islahatları, növbədənkənar seçkilər, proporsional seçki sistemi istəyirsə, onları təxribatçı, “xarici qara qüvvələrə” işləyən, pozucu fəaliyyətlə məşğul olan kimi təqdim etmələri absurddur”.

Bu barədə ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, təyinolunmuşlar anlamırlar ki, siyasi diskusiyada Konstitutsiya dəyişikliklərini təklif etmək, erkən seçki tələb etmək normal məsələdir: “Bunun harası təxribat oldu?! Bəs yaxşı, sabah birdən İlham Əliyev Ana Yasa dəyişikliyi təşəbbüsü ilə çıxış etsə, bu biçarələr nə deyəcəklər?! Ya da, erkən seçki təyin etmək kimi müstəsna səlahiyyəti olan prezident belə bir addım atsa, ona qarşımı çıxacaqlar?! Biri var, deyib ki, indiki Parlament tariximizdə ən yaxşı, ən effektiv parlamentdir. Adam ciddi siyasi səhv buraxıb: Axı vaxtilə parlamentdə İlham Əliyev də təmsil olunub, belə çıxır ki, indiki prezidentin təmsil olunduğu parlament pis idi?! Və ya Mehriban xanım da əvvəllər parlamentdə təmsil olunurdu, onun təmsil olunduğu parlament daha zəif idi?! Ay səni xətəkar, bəlkə də son günlər açıqlama verənlərin çoxu elə dillərinin badına gedib mandatlarını itirməli olacalar. Sizə deyən var danışın?! Sizi işə götürüblər, nə zaman istəsələr də işdən azad edəcəklər…”

Həmçinin oxuyun

İlahiyyatçıdan Ərdəbil imamı Amuliyə sərt cavab

Ərdəbilin imam – cüməsi Həsən Amuli bir növü ölkəmizə qarşı təhdidedici ifadələr səsləndirib. Onun təhdidlərinə …