Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları Türkiyəyə yardım kampaniyasına qoşulublar.
Onlardan bir qismi bu gün Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində olublar.
Deputatlar yük maşını ilə gətirdikləri yardımları daşıyaraq Kompleksə gətiriblər. Onlar arasında Məşhur Məmmədov, Anar Məmmədov, Etibar Əliyev, Rəşad Mahmudov, İqbal Məmmədov, Tahir Mirkişili, Mahir Abbaszadə, Elnur Allahverdiyev olub.








































