Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / Deputatla jurnalist üz-üzə gəldi: “Sizə öz dilinizdə cavab veriləcək”

Deputatla jurnalist üz-üzə gəldi: “Sizə öz dilinizdə cavab veriləcək”

Deputat Fazil Mustafa feysbuk səhifəsində Demokrat.az və Konkret.az saytlarının  ona qarşı qarayaxma kampaniyası apardığını iddia edib və onları İranla əməkdaşlıqda suçlayıb. 
Sitat.info xəbər verir ki, deputat bu sözləri yazıb: 
“Düşmən şəbəkəsi bizim məkanda görün necə rahatlıqla toz-tozanaq qaldıra bilir. Hələ ki, heç bir instansiyaya əlilllik və ya başqa məsələ ilə bağlı hansısa müraciətim olmayıb. Törədilən terror aktı nəticəsində baş verən xəsarətin dərəcəsinin müəyyənləşməsi sadəcə məhkəmə prosesi üçün zərurət təşkil edir. Hətta belə bir müraciət olsaydı belə burada hansısa hüquqi və ya tibbi imtiyazdan deyil, real bir durumdan söhbət gedərdi. Məhz bunu yaxşı bilən və gələcəkdə məhkəmədə ifşa olunacağını anlayan İran xüsusi xidmət orqanları bizim bəzi savadsız media və sosial şəbəkə ünsürlərini qəsdən yönləndirərək yalan informasiyanı necə tirajladılarsa, milli başıboşlarımız da sürü şəklində bu kampaniyanın aktiv iştirakçısına çevrildilər. Digər tərəfdən hakimiyyət içindən bəzi dairələrin dəstəklədiyi Konkret.az və Demokrat.az kimi saytların da İran şəbəkəsinə aid saytlarla birlikdə şəxsimizə qarşı hücumlara başlaması düşmənin necə koordinasiyalı və mütəşəkkil fəaliyyətininin mövcudluğunu göstərir. Heç narahat olmayın. heç bir uydurduğunuz yarlıqlar, sifarişli ifşalar, atdığınız söz və silah güllələri məni doğru bildiyim, həyatımı qoyduğum məmləkət davasından çəkindirə bilməz”. 

Məsələ ilə bağlı Demokrat.az saytının baş redaktoru Vasif Həsənli Sitat.info-ya bildirdi ki, saytlarında Fazil Mustafa  ilə bağlı heç bir yazı dərc olunmayıb.
Açıqlamadan sonra Vasif Həsənli  Fazil Mustafaya şərh bölməsindən cavab yazıb:
“Fazil Mustafa, maraqlıdır ki, siz hansı şəbəkənin üzvü kimi milli maraqlara xidmət edən Demokrat.az-a böhtan atırsız? 
Sizinlə bağlı saytımızda özəl heç bir yazı getməyib. Görünür, sizə öz dilinizdə cavab vermək lazımdır. Gözləyin!”. 

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …