Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Deputatın köməkçisi: “Polemikanı qohum-əqraba səviyyəsində aparmayaq”

Deputatın köməkçisi: “Polemikanı qohum-əqraba səviyyəsində aparmayaq”

Rəsulzadə soyadına mənsub olmaq fəxarət mənbəyi olmaqla bərabər, həm də məsuliyyət deməkdir. Cümhuriyyət qurucularının qanına və şəcərəsinə yaxın olmaqla yanaşı, həm də o istiqlalçı insanların soyuqqanlığına, ədəb və ərkanına da varis olmaq yalnız hörmət və ehtiram gətirir”.

Bunu Modern.az saytına deputat Zahid Orucun köməkçisi Ceyhun Həsənoğlu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəyə cavab verərkən deyib. O bildirib:

“Hörmətli Rəis Rəsulzadə görünür, millət vəkili Zahid Orucun məqalələrini oxumadan sadəcə xəyal savaşı ilə reaksiya bildirməyə qalxıb və yanlışlara yol verir. Çünki Demokratik Respublika ilə və tarixin qiymətləndirilməsi zamanı keçmişin mühakiməsi cəhdinə heç kəs,o cümlədən, Zahid Orucun yazılarında inkar bir münasibət göstərilməyib. Söhbət yalnız müasir dövrün mürəkkəb siyasi proseslərinə geniş yer ayrılıb və Ulu öndər Heydər Əliyevin dövlət qurucusu olduğunu əsaslandıran böyük hadisələrdən bəhs olunub. Bunun əksini iddia edənlərə cavabı tarix adlı məhək daşının özü verib. Ona görə polemikanı qohum-əqraba səviyyəsində aparmaq lazım deyil, milli müstəvidən çıxarmadan hər kəsin tarixi yerini qoruyub saxlamaq gərəkdir”.

Xatırladaq ki, professor Şirməmməd Hüseynovun mətbuata müsahibəsində dediyi bəzi fikirlər ciddi ajiotaj doğurub. Onun keçmiş prezident Heydər Əliyevlə Məhəmməd Əmin Rəsulzadəni müqayisəsi birmənalı qarşılanmayıb: “Heydər Əliyev hakimiyyəti idarə etmək ustası idi. Dövlət yaratmaq yox ha. Bəzən bunu qarışdırırlar. Heydər Əliyev dövlət yaratmayıb, hakimiyyət yaradıb. Dövləti Məhəmməd Əmingil yaratmışdılar. Bu dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti idi, süqutundan sonra dövlətin adı dəyişərək oldu Azərbaycan Sosialist Respublikası, yəni dövlət qaldı, hakimiyyət dəyişdi”.

Zahid Oruc “Rəsulzadə dövlət qurub, Əliyev hakimiyyət” fikrinə kəskin  etiraz əlaməti olaraq mətbuatda məqalə ilə çıxış edib. Daha sonra isə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Modern.az saytına açıqlamasında Zahid Orucun dediklərinə “Ümumiyyətlə, Zahid Oruc kimdir ki?  Şirməmməd Hüseynov hara, Zahid Oruc hara?..”,-deyə cavab verib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın