Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Deputatın həkim əmisi haqda – Nazirlikdən açıqlama

Deputatın həkim əmisi haqda – Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi 81 yaşlı cərrah Cəfər Quliyevin xəstə Lumu Veyisovanın ölümündə ittiham edilməsinə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Azvision.az-a açıqlamasında deyib ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı 26.06.2016-ci il tarixində Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

“Xəstədə irinli, daşqınlı, öd kisəsinin cürüməsi prosesi olub, xəstə çox gecikdirilib, vəziyyətinə görə dərhal əməliyyata alınıb. Cərrah Cəfər Quliyev xəstəni əməliyyata alıb və əməliyyat 4-5 saat çəkib. Əməliyyat çox çətin keçib. Xəstə xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. 29.06.2016-ci il tarixində isə aparılan bütün yardımlara və cəhdlərə baxmayaraq, xəstə dünyasını dəyişib. Xəstənin yaxınları patoloji müayinədən kəskin şəkildə imtina ediblər”.

S.Əhmədova xəstə yaxınları tərəfindən həkim səhlənkarlığı ilə bağlı deyilən iddialara aydınlıq gətirib. “Patoloji Anatomiya müayinəsindən keçəndən sonra bilmək olardı ki, xəstənin ölümündə həkim səhlənkarlığı olub, yoxsa yox. Xəstənin yaxınları isə patoloji müayinədən imtina ediblər”.

Qeyd edək ki, “Şöhrət” ordenli, 81 yaşlı həkim Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir.

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …

Bir cavab yazın