Ana səhifə / Siyasət / Deputatdan “Qafqaz” Universiteti ilə bağlı ŞOK İDDİA – “…sizin FETÖ-nüz cəhənnəmə!”

Deputatdan “Qafqaz” Universiteti ilə bağlı ŞOK İDDİA – “…sizin FETÖ-nüz cəhənnəmə!”

“Kimsəyə sirr deyil ki, Qafqaz İniversiteti Türkiyədən gələn təzyiqlərin qurbanı oldu”.

BakiPost.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Qafqaz Universitetinin bağlanmasını şərh edərkən deyib.

Millət vəkili ziyalıları bu məsələyə laqeydlikdə qınayıb: “Sosial şəbəkədə Qafqaz Universitetinə qəbul olan tələbələrin göstəriciləri ilə əlaqədar belə bir paylaşıma rast gəldim – 700 bal toplayan tələbə sayı – 16 ( hazırda 6 nəfər oxuyur ), prezident təqaüdçüləri – 124 (hazırda 46 nəfər təhsil alır),gələcəyin müəllimi təqaüdçüləri – 5, bu il qəbul olan tələbə sayı (bakalavr və magistr birlikdə ) – 952, bakalavriat – 703, magistratura – 249, bu il 600 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 229, 650 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 60, 500 baldan yuxarı toplayıb pedoqoji ixtisasları seçmiş tələbə sayı – 116.

İndi bu cür universiteti bağladılar. Yerinə nə yaradırsan yarat, uzaqbaşı sıradan bir Azərbaycan universiteti olacaq. Türkiyədəki birilərini gedib başa salan olmadı ki, qardaş, sizin FETÖ-nüz cəhənnəmə, gedib davanızı orada aparın, onsuz da təhsili bərbad gündə olan bu məmləkətin övladlarının normal savad almasını niyə əngəllədiniz? Kimsəyə sirr deyil ki, bu universitet Türkiyədən gələn təzyiqlərin qurbanı oldu. Bununla belə, Azərbaycandakı bir çox düşüncəsiz insanların bilərəkdən formalaşdırdığı ictimai rəyin qorxusundan məsələnin mahiyyətini anlayan ziyalılardan da səs çıxmadı”.

Fazil Mustafa bir neçə ildir, bunun yalnış addım olduğunu söylədiyi üçün böhtanlarla üzləşdiyini də xatırladıb: “Buna görə adıma hansı böhtanlar qalmadı söyləməsinlər. Bir yığın nadan sürüsünə anlada bilmədik ki, bizi ancaq Azərbaycan övladlarının öz ölkəsində səviyyəli təhsil alması düşündürür.

İndiyədək itirdiklərimizin, uduzduqlarımızın çoxuna öz geriçiliyimiz səbəbdir, başqa günahkar axtarmayaq. Vaxtilə Qori seminariyasını da bizə dəxli olmayanlar açmışdılar, oranı da bağlamaq istəyənlər bizim geriçilərimiz idi”.

Qeyd edək ki, “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın