Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Deputatdan ittihamlara REAKSİYA: “Onlara cavab verməyəcəm”

Deputatdan ittihamlara REAKSİYA: “Onlara cavab verməyəcəm”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aytən Mustafayeva özü və oğlu Orxan Mustafayev haqqında səsləndirilən ittihamlara qarşı susqunluq nümayiş etdirmək qərarına gəlib. Xanım deputat Modern.az saytına haqqında yazılanların onun üçün əhəmiyyətsiz oduğunu deyib:

“Mən hər saytı və orda yazılanları oxumuram. Heç maraqlı da gəlmir. Ona görə də onlara cavab verməyəcəm”.

Qeyd edək ki, strateq.az saytı A.Mustafayevanın 500 manat maaş müqabilində oğlanları ilə sahib olduğu sərvətə dair araşdırma məqalə yayımlayıb. Yazıda xüsusi olaraq, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsi Orxan Mustafayevin geniş biznes fəaliyyətindən bəhs edilir.

Məqalədə bildirilir ki, deputat bütün bu tənqidlərdən nəticə çıxarmaq, institut direktoru, parlament üzvü kimi siyasi hakimiyyətin ona göstərdiyi böyük etimadı doğrultmağa çaba sərf etmək əvəzinə, absurd iddialarla öz rəqiblərini və tənqidçilərini məhkəməyə verir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın