Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Siyasət / Deputatdan Azərbaycan kommunistlərinin rəhbərinə ağır sözlər: “Xəcalət çəkin”

Deputatdan Azərbaycan kommunistlərinin rəhbərinə ağır sözlər: “Xəcalət çəkin”

“Rauf Qurbanov antitürk mövqeyindən çıxış edib”

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Modern.az-a müsahibəsində  28 aprellə bağlı sualları cavablandırıb.
O qeyd edib ki, 1920-ci il 28 aprel tarixini istila kimi cəmiyyətə sırımaq öz tariximizi aşağılamaqdır. Söhbət zamanı Rauf Qurbanov 1918-ci ildə Tələt Paşanın Azərbaycana işğal məqsədilə gəldiyini  də qeyd edib.
Deputat Məlahət İbrahimqızı  Rauf Qurbanovun  fikirlərinin əsassız olduğunu bildirib.
“Rauf Qurbanovu tanımıram. Amma çox təəssüf edirəm ki, bu insan Azərbaycan adını, soyadını daşıyır.  Bu insan antitürk mövqeyindən çıxış edib.  Birincisi, qeyd etmək istəyirəm ki, bu adamın tarixlə bağlı məlumatı yoxdur.  28 apreldə  XI Qırmızı Ordunun Azərbaycana necə daxil olduğunu, Azərbaycan Demokratik Respublikasının niyə süquta uğradığını bilmir. Cənab prezidentimiz İlham Əliyevin Azərbaycan Demokratik Respublikası  ilə bağlı çıxışlarını dinləsəydi, bilgisi olardı.
İkincisi, sən hansı sənətin  sahibisən ki, Tələt paşanın  Azərbaycanı  işğal etməsi haqqında danışırsan. Bəlkə o zaman Tələt paşanın yanında olmusan?… Əgər əlində bir sənəd varsa, bunu mətbuatda paylaş.  1918-ci ildə Tələt paşa Gəncəyə gələndə Rauf Qurbanov çox təəssüf ki, dünyaya gəlməmişdi. Tələt  paşa o vaxt  gəlib erməni daşnaqlarının qarşısını almasaydı, yəqin ki, onun da dünyaya gəlməyi sual altında olardı. Sovet ideologiyasını, kommunizm, bolşevizm ideologiyasını  Azərbaycanda yaymaq istəyən belə adamlar  hərdən Şəhidlər Xiyabanına getməlidir.
Ən azı onun yanından keçəndə Azərbaycanda 20 Yanvar faciəsinin qurbanı olan  dəyərli oğul və qızlarımızdan xəcalət çəksinlər. 1918-ci ildə Tələt paşa və  Nuru paşanın rəhbərlik etdiyi orduda erməni daşnakları ilə mübarizə aparıb qurban olan 18-21 yaşlı məhmətciklərdən utansınlar. Hansı ki, Konya, Adanadan tutmuş Türkiyənin bütün bölgələrindən  Azərbaycana kömək üçün gəlmişdilər.
Bu fikirlər  Azərbaycan-Türkiyə qardaşlığına hörmətsizlikdir
Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqı tarix boyu hər zaman Türkiyənin yanında olub.
“Çanaqqala savaşında  iştirak edən yüzlərlə azərbaycanlı indi Çanaqqala məzarında uyuyurlar. Danışanda bir az ehtiyatla danışmaq lazımdır. İnsanların hissiyatı ilə oynamaq, tarixi faktları danmaq olmaz. Yalnız bolşevizm ideologiyasında formalaşan adam bu sözləri işlədər. Hüseyn Cavid kimi oğullarımız Sibirdə sürgün olub. Yüzlərlə Azərbaycanlı ziyalıları repressiya qurbanı olub. Rauf Qurbanov bunu fikirləşməlidir. Azərbaycan tarix boyu zəngin bir dövlət olub. 1941-1945-ci illər müharibəsində Bakı nefti hesabına qələbə təmin olunub. Bəs Ermənistan, Gürcüstan kimi ölkələr nə verib sovet hökümətinə? Xocalı soyqırımını, 20 Yanvar faciəsini  yaddan çıxarmaq olmaz.
O faciələri törədənlərin kimliyi bəllidir. Düşünürəm ki, Rauf Qurbanovun fikirləri  Azərbaycan-Türkiyə qardaşlığına hörmətsizlikdir”.(Modern.az)

Həmçinin oxuyun

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”. Bəllidir ki, sosial şəbəkələrin …

Bir cavab yazın